Əsas Səhifə > Gündəm, Manşet > 94 YAŞLI QOCAMAN TÜRK ORDUSU

94 YAŞLI QOCAMAN TÜRK ORDUSU


26-06-2012, 11:29
94 YAŞLI QOCAMAN TÜRK ORDUSU

MİLLİ ORDUMUZUN İLK QƏLƏBƏSİ BAKININ İŞĞALDAN AZAD EDİLMƏSİ OLUB

İyunun 26-da Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasından 94 il ötür.

Ötən gün prezident İlham Əliyev Azərbaycan ordusunun regionda güclü ordu olduğunu və dövlət büdcəsində ölkə hərbisinə ayrılan xərclərin Ermənistanın bütün büdcə xərclərindən çox olduğunu deyib:

«Təkcə onu demək kifayətdir ki, hazırda Azərbaycanın hərbi xərcləri Ermənistanın bütün dövlət xərclərindən 50 faiz çoxdur».

«Mən çox şadam ki, ordumuzun döyüş qabiliyyəti artır» deyən prezident Azərbaycanda peşəkar ordu yaradıldığını qeyd edib. «Biz hərbi potensialımızın gücləndirilməsini uğurla aparırıq» deyən İlham Əliyev onu da diqqətə çatdırıb ki, güclü Azərbaycan ordusu hazırda bölgədə sabitləşdirici rol oynayır.

Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin qərarı ilə 1918-ci il iyunun 26-da ilk milli hərbi hissə yaranıb və orduya çağırış elan edilib.

Az vaxt ərzində 30 minlik ordu formalaşdırılıb. 1918-ci il sentyabrın 15-də Milli Ordu Osmanlı imperiyasının Qafqaz İslam Ordusu ilə birlikdə Bakını erməni-bolşevik işğalından azad edib.

İndi isə günü gündən böyüyərək Qafqazın ən güclü ordusuna çevrilən Milli Ordumuz qarşısında yenə də işğal altında olan torpaqlarımızın azadlığı missiyası durur.


Geri qayıt