Əsas Səhifə > Ölkə > RÜŞVƏTXOR MÜƏLLİM HƏBS EDİLİB
RÜŞVƏTXOR MÜƏLLİM HƏBS EDİLİB21-10-2011, 13:44 |
O, HEYDƏR ƏLİYEV ADINA MƏKTƏBDƏ DƏRS DEYİRMİŞ Bakı şəhərində Heydər Əliyev adına Ali Hərbi Məktəbin müəllimi həbs edilib. Xətai rayon Polis İdarəsindən Qafqazinfo”ya verilən məlumata görə, polis əməkdaşları 57 yaşlı Balaxan Əliyevi vətəndaşları aldatdığında görə tutub. Texnika elmlər namizədi olan Balaxan Əliyev vətəndaşdan övladını ali məktəbə düzəldəcəyi adı ilə 8000 manat pul alaraq mənimsəyib. Vətəndaş aldadıldığını görüb polisə müraciət edib. Elə o vaxtdan B.Əliyevin barəsində dələduzluq maddəsi ilə cinayət işi başlanıb. Uzun müddət istintaqdan yayınan B.Əliyev axtarışa verilib. Xətai rayon Polis İdarəsinin əməkdşları Balaxan Əliyev oktyabrın 20-də həbs edib. Geri qayıt |