Əsas Səhifə > Ölkə, Manşet > ƏN-NİN HƏKİMLƏRİNDƏN ÖZBAŞINALIQ

ƏN-NİN HƏKİMLƏRİNDƏN ÖZBAŞINALIQ


25-06-2012, 15:20
ƏN-NİN HƏKİMLƏRİNDƏN ÖZBAŞINALIQ

SƏHHƏTİNDƏ PROBLEMLƏRİ OLAN İLHAM ƏMİRASLANOVA BAXAN YOXDUR

DİA.AZ: - Bakı istintaq təcridxanasında saxlanılan vətəndaş cəmiyyəti fəalı İlham Əmiraslanov iki həftədir ki, Ədliyyə Nazirliyinin Tibb İdarəsində müayinədən keçə bilmir. İyunun 22-də ombudsman aparatının təcridxana rəhbərliyinə müraciətindən sonra da bununla bağlı heç bir iş görülməyib.

DİA.AZ bildirir ki, Sabirabad rayonu Əsgərbəyli kənd sakini İlham Əmiraslanov iyunun 8-də odlu silah saxlamaq ittihamı ilə həbs olunub. İşgəncələr altında silah saxladığını etiraf edən İ.Əmiraslanov vəkil Samir İsayevlə ilk görüşündə ifadə verməkdən imtina edib və DİN Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinin əməkdaşlarının hərəkətlərindən Baş Prokurorluğa şikayət yazıb.

İ.Əmiraslanov inidəyədək ağrılardan, halsızlıqdan şikayət edir. Vəkil güman edir ki, döyülmə nəticəsində onun qulaq pərdəsi zədələnib.

S.İsayev Turan-a bildirib ki, prokurorluq İ.Əmiraslanovun məktubunda göstərilən faktlarla bağlı təhqiqata başlayıb.

“Kür” Vətəndaş Cəmiyyəti Qərargahının üzvü İlham Əmiraslanov iki il daşqından zərər çəkənlərin hüquqlarını fəal müdafiə edib. FHN rəhbəri Kəmaləddin Heydərovla görüşdən 3 gün sonra, iyunun 8-də həbs olunub. İ.Əmiraslanovun həbsi milli və beynəlxalq qanunvericiliyin pozulması ilə müşayiət olunub.

Xatırladaq ki, “Kür” qərargahı 2010-cu ildə daşqından zərər çəkənlərin hüquqlarını müdafiə məqsədilə ölkə QHT-ləri tərəfindən yaradılıb.

Geri qayıt