Əsas Səhifə > Sosial, Manşet > DAHA BİR RAYONDA “KURTLAR VADİSİ” MAFİYASI

DAHA BİR RAYONDA “KURTLAR VADİSİ” MAFİYASI


25-06-2012, 13:14
DAHA BİR RAYONDA “KURTLAR VADİSİ” MAFİYASI

CƏLİLABADDAKI MAFİYANIN ÜZVLƏRİNİN TÜKÜRPƏDİCİ ŞOK CİNAYƏTLƏRİ...

Rayonda “Polad Ələmdar”, “Memati” ləqəbli seyid qardaşları kimə güvənir? Polis qardaşların cinayətlərinə niyə göz yumur? Mafioz qruplaşmanın rəhbəri Göytəpə bələdiyyəsinin sədridir?

DİA.AZ: - Ötən ayın 27-də Cəlilabad rayonunda 1982-ci il təvəllüdlü , 2 uşaq atası Əsmətov Nazim Ağəddin oğlu rayondakı “reket” qruplaşma tərəfindən amansızcasına qətlə yetirilib.

Bu barədə DİA.AZ-a mərhumun Ceyhun adlı qardaşı məlumat verib. O bildirib ki, rayonun Göytəpə şəhər Qurtuluş prospektində, polis şöbəsinin düz 150 metrliyində baş verən hadisədə bir qrup “reket”liklə məşğul olan şəxslər tərəfindən amansızcasına döyülüblər. Dava nəticəsində onun böyük qardaşı Nazim Əsmətov Göytəpə şəhər sakini Həsənov Mirhəsən Mirməməd oğlu tərəfindən qəsdən bıçaqlanaraq öldürülüb. Bu məlumatı bizə verən Ceyhun Əsmətov isə amansızcasına döyülüb. Onun sözlərinə görə, rayonda ticarətlə məşğul olan qardaşlara özlərini seyid adlandıran və Göytəpədə “reket”liklə məşğul olan şəxslər hücum ediblər. Ceyhun Əsmətov bildirib ki, həmin reket qrupunun üzvləri daha öncə də onun qardaşını hədələyərək, aylıq haqq verməsini tələb ediblər.

Hadisə baş verən 27 may tarixində dava elə bu haqq söhbətinə görə yaşanıb. C.Əsmətovun sözlərinə görə, həmin gün gecə saat 12-də evlərinə gedərkən, mərhum Nazimi bıçaqlayaraq öldürən Mirhəsənin qardaşı, rayonda “Memati” ləqəbi ilə tanınan Mirhüseyn onların maşınının qarşısını kəsərək, Nazimə bildirib ki, bu gün onların haqqı çatmalıdır. Nazimsə ona heç bir pul verməyəcəyini bildirib və iki şəxsin arasında yüngül söz mübahisəsi yaşanıb. Bunun ardınca “Memati” Mirhüseyn telefonla qardaşı “Polad Ələmdar” ləqəbli Mirhəsənə deyib ki, təcili dəstəni götürüb gəlsin. Ceyhunun sözlərinə görə, telefon zəngindən 5 dəqiqə keçməmiş mübahisə yerinə 3 maşın adam gəldi. 2 qardaşın üstünə 25-30 nəfərlə söhbətə gələn seyid qardaşların əllərində küt silahlar da olub.

C.Əsmətov bildirir ki, mərhum qardaşı Nazim idmançı imiş. Buna görə də, seyid qardaşlar ondan çəkinirmişlər. 2 nəfərə 25 nəfərin düşdüyü davada mərhum Nazimin başına daşla vuraraq, onun huşunu getməsinə səbəb olublar. Ardınca isə onu huşsuz vəziyyətdə yerdə təpikləməyə başlayıblar. Davada ağır formada döyülən Ceyhunun da başına küt alətlə vuraraq, huşunun itməsinə səbəb olublar.

Qeyd edək ki, insidentin yaşandığı yer rayonun Göytəpə polis şöbəsindən təxminən 100-150 metr kənarda yerləşir. Hətta Ceyhun Əsmətovun sözlərinə görə, dava baş verən ərazidə polis şöbəsinin Daşqın və Aftandil adlı çavuşları da olub. Ancaq onlar da “seyid reket”lərdən qoraxaraq, davaya müdaxilə etməkdən çəkinib və olanları izləməklə məşğul olublar.

C.Əsmətovun sözlərinə görə, davadan bir neçə dəqiqə sonra rayon sakinləri Məmmədov Famil Fazil oğlu və Məmmədov Asif Bəxtiyar oğlu yodan keçərkən, onları ağır vəziyyətdə görərək, taksiyə qoyb və öz evlərinə aparıb. Ceyhun deyir ki, döyüldükdən sonra Nazimin vəziyyəti onunkundan ağır imiş.

Lakin insident bununla yekunlaşmayıb. Qardaşları vəhşicəsinə döyən seyidlərin hirsi soyumayıb. Ceyhun sözlərinə görə, Familin evinə gəldikdən bir neçə dəqiqə sonra onların həyətindən səs gəlib. Familin anası çıxdıqda isə qapının ağzında əlində bıçaq dayanmış “Memati” Mirhəsəni görüb. Evə girən kimi əvvəlcə bıçaqla Ceyhuna hücum edən Mirhəsən onun qaçıb o biri otaqda gizlənməsinin ardınca qardaşı Nazimi ürəyindən bıçaqlayaraq, gəldiyi maşına oturub, çıxıb gedib.

Zərərçəkən deyir ki, rayonda hüquq-mühafizə orqanları bu mafiya dəstəsinin özbaşına əməllərinə qarşı çıxa, onların əməllərinin cəzasını vermir. Ceyhunun sözlərinə görə, hüquq-mühafizə orqanlarını belə, qorxuya salan bu mafioz qruplaşma uzun illərdir rayonda “at oynadır”. Cəlilabadda özlərinnə hakimiyyət yaradan bu qardaşlar - Mirməmməd Həsənov Mir Elman oğlu, qardaşı Mirnatiq Həsənov Mirelman oğlu və Mirİlqar Həsənov Mir Elman oğlu - Cəlilabadda və Göytəpədə “reket”liklə məşğul olur, rayonun imkanlı şəxslərini qorxudaraq, onlardan hədə yolu ilə pul alırlar. Ceyhunun sözlərinə görə, mafioz qardaşları rayonun rəhbər şəxslərini də qorxudaraq, onlardan da haqq alırlar.

Ceyhun Əsmətovun söylədiyi ən şok detal isə odur ki, bütün bu mafioz dəstənin başında dayanan şəxs Göytəpə Bələdiyəsinin sədridir. Bələdiyyə sədri də seyid qardaşlardan biri - Həsənov Mirilqar MirElman oğludur .

Qeyd edək ki, Cəlilabad rayon Prokrorluğunda Nazim Əsmətovun ölümü ilə bağlı cinayət işi açılsa da, cinayətkarların hamısı çöldə gəzir. Rayon prokurorluğu isə onların ailəsi ilə heç bir halda maraqlanmır. Mərhum Nazim Əsmətovun atası deyir ki, buna da səbəb rayon prokurorunun seyid qardaşların cinayətkar əməllərindən çəkinməsidir.

Sonda mərhumun atası bəyan edir ki, əgər hüquq-mühafizə orqanları Cəlilabadda “at oynadan” bu seyid qardaşların cinayət əməllərini ifşa etməsə, Azərbaycan vətəəndaşlığından imtina edəcəklər.

Xatırladaq ki, yazıda adıçəkilən şəxslərlə bağlı bütün iddialar şikayətçi tərəfə aiddir. DİA.AZ olaraq, qarşı tərəfin hamısının mövqeyini işıqlandırmağa hazırıq.

Onu da xatırladaq ki, Ucar rayonunda da eyni adda mafiya peyda olub ki, artıq həmin mafiyanın əməlləri bütün respublikaya məlumdur.


Geri qayıt