Əsas Səhifə > Güney Press, Araşdırma > NEFT DAŞLARINDA YANĞIN OLUB

NEFT DAŞLARINDA YANĞIN OLUB


25-06-2012, 13:04
NEFT DAŞLARINDA YANĞIN OLUB

YANĞIN NƏTİCƏSİNDƏ YARALANAN VAR

Neft daşlarında yanğın olub.

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, ötən gecə Bakı şəhəri, Xəzər rayonunda Neft daşlarının ərazisində neft-qaz vakkum kompressor qurğusunda yanğın hadisəsi baş verib.
Nəticədə kompressor qurğusu yanaraq deformasiyaya uğrayıb və qurğuda işləyən bir nəfər xəsarət alıb. Digər 3 ədəd qurğu yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunub. İlkin ehtimal görə, yanğına qurğuda texnoloji prosesin pozulması səbəb olub. Yanğın saat 03:20-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Geri qayıt