Əsas Səhifə > Dünya > TÜRKİYƏ SURİYAYA RƏDD CAVABI VERDİ

TÜRKİYƏ SURİYAYA RƏDD CAVABI VERDİ


25-06-2012, 12:37
TÜRKİYƏ SURİYAYA RƏDD CAVABI VERDİ

ƏSƏD HÖKUMƏTİ AĞINI ÇIXARIB

Türkiyə və Suriya rəsmilərinin axtarış-xilasetmə əməliyyatı mövzusunda ciddi bir anlaşılmazlıq yaşadıqları müəyyənləşib.

Belə ki, təyyarənin vurulmasından sonra diplomatik kanallar arasında qurulan təmas zamanı, Suriyanın bəzi şərtlərlə birgə əməliyyat təşkil edilməsi təklifini irəli sürdüyü bildirir. Bu şərtlər, hadisənin Suriya hava məkanında baş verdiyi və axtarış-xilasetmə əməliyyatının Suriya ərazi sularında aparılacağı üçün, təyyarənin qalıqlarının və pilotların tapılacağı təqdirdə, onların Suriya tərəfinə təhvil verilməsindən ibarətdir. SalamNews-un “Akşam”a istinadla verdiyi xəbərə görə, türk tərəfi isə bu təklifi dərhal rədd edərək Suriyaya bildirib ki, axtarış-xilasetmə əməliyyatını özü icra edəcək və nə pilot, nə də təyyarə Suriyaya təhvil verilməyəcək.

Geri qayıt