Əsas Səhifə > Dünya > MİLYARD YARIMDAN 4 NƏFƏR İTGİ

MİLYARD YARIMDAN 4 NƏFƏR İTGİ


25-06-2012, 12:32
MİLYARD YARIMDAN 4 NƏFƏR İTGİ

ÇİNDƏ GÜCLÜ ZƏLZƏLƏ BAŞ VERDİ

Çinin cənub-qərbində 5,7 bal gücündə güclü zəlzələ olub. ANS PRESS-in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, təbii fəlakət nəticəsində 4 nəfər həlak olub, 100-dən artıq adam isə yaralanıb.

Xatırladaq ki, 5,7 bal gücündə zəlzələ ayın 24-də baş verib. Zəlzələnin təkanları Bakı vaxtı ilə 13:59 radələrində Yunnan və Sıçuan əylatinin sərhədində qeydə alınıb. Çinin “Sinhua” xəbər agentliyinin verdiyi məlumata görə, hadisə nəticəsində 4200 tikiliyə zərər dəyib. Hazırda fəlakət bölgəsinə humanitar yardım göstərilib.

Geri qayıt