Əsas Səhifə > Şou-biznes > “MƏNƏ TÜRKİYƏDƏ İŞ TƏKLİF ETMİŞDİLƏR”

“MƏNƏ TÜRKİYƏDƏ İŞ TƏKLİF ETMİŞDİLƏR”


25-06-2012, 12:30
“MƏNƏ TÜRKİYƏDƏ İŞ TƏKLİF ETMİŞDİLƏR”

TÜRKİYƏYƏ “YOX”, RUSİYAYA “HƏ” CAVABI

Müğənni Rəqsanə tez-tez Rusiyaya gedir.

Day.Az xəbər verir ki, bu barədə Rəqsanə "Space" telekanalında yayımlanan “Bazar” proqramında deyib.

“Altı gündür, Bakıya qayıtmışam ki, bir sıra tədbirlərdə iştirak edim. İndi fotosessiyaya çəkilmək üçün Türkiyəyə gedirəm. Mənə Türkiyədə iş təklif etmişdilər, lakin ora getməkdən imtina etdim, çünki ailəmdən uzaqda yaşaya bilmərəm. Onları da Türkiyəyə apara bilmərəm, çünki onlar buraya öyrəşiblər”, - o əlavə edib.

Rəqsanə deyib ki, stadionda konsert keçirməyi planlaşdırır. Konsertə giriş pulsuz olacaq. Bundan əlavə, qeyri-adi geyimdə səhnəyə çıxmağı da planlaşdırır.


Geri qayıt