Əsas Səhifə > Sosial, Manşet > DEPUTATIMIZ TÜRKİYƏDƏ BİABIRÇI YAXALANIB

DEPUTATIMIZ TÜRKİYƏDƏ BİABIRÇI YAXALANIB


21-10-2011, 13:35
DEPUTATIMIZ TÜRKİYƏDƏ BİABIRÇI YAXALANIB

DİA.AZ DEPUTATLARDAN BİRİ İLƏ BAĞLI ŞOK FAKTI ƏLDƏ EDİB

DİA.AZ: - Redaksiyamıza Türkiyədəki qaynaqlardan çox ilginc faktlar ötürülüb. Belə ki, mötəbər mənbələrin «Dünya» İnformasiya Agentliyi redaksiyasına (dia.az) ötürdüyü məlumatlardan aydın olur ki, Azərbaycan Milli Məclisinin çox nüfuzlu deputatlarından birinə qarşı Türkiyədə cinayət işi açılıb. Və həmin cinayət işindən millət vəkilimizin adı rəsmi Bakının müdaxiləsinin ardından dərhal çıxarılıb.

Mənbə bildirir ki, bu ilin avqust ayında Türkiyənin məşhur istirahət yerlərindən olan Bodrumdakı otellərin birində qardaş ölkənin hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən ənənəvi reyd keçirilib və reyd nəticəsində Rusiyadan, Ukraynadan, Çindən və Braziliyadan olan 26 qadın fahişəliyə görə saxlanılıb.

Xatırladaq ki, bununla bağlı o ərəfədə Türkiyə mətbuatında da dolğun məlumatlar yer aldı və bildirildi ki, fahişələrlə bağlı qalmaqala görə, otelin sahibinə qarşı da cinayət işi açılıb.

Lakin maraqlı olanı odur ki, sözügedən cinayət işində bir neçə tanınmış simanın adı da keçir. Mötəbər mənbənin bildirdiyinə görə, həmin tanınmışların adları fahişələrin xidmətlərindən yararlanan müştərilər qismində cinayət matriallarına əlavə edilib. Və onların arasında Azərbaycan Milli Məclisinin deputatlarından biri də var.

Bildirək ki, redaksiyamıza ötürülən informasiyada həmin şəxsin kimliyi ilə bağlı dolğun bilgilər verilib. Və biz də KİV haqqında qanuna uyğun olaraq həmin millət vəkili ilə əlaqə yaratdıq. Redaksiyamızın əldə etdiyi informasiyanın yanlış olduğunu bildirən millət vəkili hətta bizi hədələdi də:

«- Əgər bu məlumatı yaysanız, sizi həbs etdirəcəm. Siz məni deyəsən, yaxşı tanımırsınız…
- Siz də «məlumat» deyirsiniz. Demirsiniz ki, belə bir şey olmayıb.
- Mən heç nə demirəm…
- Belə bir hadisə olubmu?
- Mən başa düşə bilmirəm. Siz insanların şəxsi həyatına niyə qarışırsınız?
- Müəllim, biz heç nə bilmirik və iddia etmirik. Sadəcə olaraq sizdən münasibət öyrənirik. Yalandırsa, deyin olmayıb, biz də məlumatı yaymayaq.
- Mən heç nə demirəm. Amma yaya bilirsinizsə, yayın».

Daha da kəskin ruhda davam edən dialoqdan da gördünüz ki, hörmətli deputatımız baş verənlər təkzib etmir. Deməli, hadisə olub. Sadəcə olaraq, məhkəmə perspektivi səbəbindən və yazdıqlarımızın sübut edilmə imkanlarımızın aşağı olmasına görə, xəbəri çatdırsaq da, hörmətli deputamızın adını açıqlamırıq. Ona görə yox ki, qorxuruq. Ona görə ki, sübut imkanlarımız məhduddur.


Geri qayıt