Əsas Səhifə > Hadisə > BAKILI DƏLƏDUZ YAXALANDI

BAKILI DƏLƏDUZ YAXALANDI


25-06-2012, 12:01
BAKILI DƏLƏDUZ YAXALANDI

O, VƏTƏNDAŞLARIN 10 MİN MANATINI MƏNİMSƏYİB

Bakı sakinlərinin etimadını qazanaraq onlardan 10 000 dollardan artıq pul götürən şəxs saxlanılıb.

Bakı Şəhər BPİ-nin mətbuat xidmətindən bazar ertəsi Trend-ə daxil olan məlumata görə,
2012-ci ilin aprel ayında Camal adlı şəxs Bakı şəhər sakinləri Fuad Əhmədovdan 3120 manat, Yusif Sədirovdan isə 5120 manat alaraq qaytarmayıb.

Nizami RPİ 25-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dələduzluqda şübhəli bilinən Bakı şəhər sakini Camal Əliyev iyunun 23-də yaxalanıb.

Faktla bağlı araşdırma aparılır.


Geri qayıt