Əsas Səhifə > Ölkə > VİLYAM HACIYEV SÖKHASÖKƏ BAŞLADI

VİLYAM HACIYEV SÖKHASÖKƏ BAŞLADI


24-06-2012, 13:32
VİLYAM HACIYEV SÖKHASÖKƏ BAŞLADI

İCRA BAŞÇISI XƏBƏRDARLIQ ETDİ, QİYMƏTLƏR QALXDI

İmişliyə yeni icra başçısı təyin olunmuş Vilyam Hacıyev rayonda təkcə hasarlama əməliyyatı ilə adı çıxarmayıb, o, həm də camaata xitab etdiyi sözlərlə məşhurlaşmağa başlayıb.

Bu barədə mia.az məlumat verən rayon sakinlərinin sözlərinə görə, icra başçısı son qəbullarının birində rayondan Prezident Adminstrasiyasına və digər qurumlara şikayət ərizələri yazan camaata xəbərdarlıq edib: «Araşdırmışam, aydın olub ki, 5-10 manat verib, rayondan şikayət ərizələri yazdırırsınız. Həmin ərizələri yazanları soraqlaşıb, tapmışam və onlar haqqında ciddi tədbirlər görəcəyəm. Hamısı boş şeydir. Elə şeylər etməyin, Qoyun 5-10 manatınız da cibinizdə qalsın».

Məlumatlı şəxs deyir ki, başçının bu xəbərdarlığı artıq öz «nəticəsi»ni verib. Belə ki, savadsız şikayətçilərin dərdini qələmə alan ziyalıların əksəriyyəti artıq qorxusundan kiməsə ərizə yazmaqdan imtina ediblər: «Başçı guya savadsız, kasıb camaata yaxşılıq edirdi. Onun xəbərdarlığından sonra savadsız camaata problemini dolğun əks etdirən məktubları yazanların çoxu qorxdu. Pula bu işi görənlərin bəziləri isə doğurdan da qiymətləri qaldırdı. Çünki indi həmin adamlar ərizələri xətləri tanınmasın deyə, kompüterdə yazmağa başlayıblar. Bu isə istər-istəməz əlavə xərclər deməkdir. O da kasıb, dərdli və problemli camaatın cibindən çıxır».

Sakinlər sonda onu da bildirib ki, yeni başçısının hasarları alqay daşları ilə bəzəməsi də əlavə problemlərə yol açıb: «Həmin daşlar texnoloji qaydalara uyğun kəsilmir. Əslində daşın doğranması üçün xüsusi stol hazırlanmalı və o su ilə təmin olunmalıdır ki, ətrafı toz götürməsin. Amma buna əməl edən yoxdur. Digər yandan divarlara vurulan üzlüklərin qalınlığı 4-5 sm olmalı olduğu halda, bu 2-2,5 sm-dən enli deyil. Bu da gələcəkdə növbəti təhlükələrə yol aça bilər.

Məsələyə rayon İcra Hakimiyyətindən münasibət öyrənmək mümkün olmayıb.


Geri qayıt