Əsas Səhifə > Partiya > KXCP-ÇİLƏR FƏXRİ XİYABANA YÜRÜŞ ETDİLƏR

KXCP-ÇİLƏR FƏXRİ XİYABANA YÜRÜŞ ETDİLƏR


24-06-2012, 12:08
KXCP-ÇİLƏR FƏXRİ XİYABANA YÜRÜŞ ETDİLƏR

MÜXALİFƏT ELÇİBƏYİN MƏZARINI ZİYARƏT ETDİ

DİA.AZ: - Elə bu dəqiqələrdə Klassik Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvləri mərhum prezident Əbülfəz Elçibəyin doğum günü münasibətilə onun Fəxri Xiyabandakı məzarını ziyarət edir. Bu barədə DİA.AZ əməkdaşının verdiyi məlumata görə, təxminən 200-ə yaxın KXCP fəalı 20 saylı məktəbin yanından əllərində əklil və gül dəstələri, həmçinin Azərbaycanın dövlət bayrağı və Əbülfəz Elçibəyin portetləri ilə bigə Fəxri Xiyabana yürüş ediblər.

Əməkdaşımız bildirir ki, KXCP fəallarının ziyarətindən öncə isə Əbülfəz Elçibəyin məzarı başında İctimai Partiyaya daxil olan təşkilatların nümayəndələri başda AXCP sədri Əli Kərimli və Müsavat başqanı İsa Qəmbər olmaqla xatirə aksiyası düzənləyiblər.

Geri qayıt