Əsas Səhifə > Dünya > “İSLAM İNQİLABI GÜCLÜ POTENSİALA MALİKDİR”

“İSLAM İNQİLABI GÜCLÜ POTENSİALA MALİKDİR”


23-06-2012, 13:40
“İSLAM İNQİLABI GÜCLÜ POTENSİALA MALİKDİR”

İRANLI GENERAL İSRAİLİ HƏDƏLƏDİ

İsrailin anti-İran fəaliyyəti bu rejimin sonu anlamına gələcək. Bu barədə İran Baş Qərargah rəisinin müavini general-mayor Mostafa Yezdi bildirib.

SalamNews-un “FarsNews”a istinadən verdiyi xəbərə görə, İsrail nümayəndələri tərəfindən mütəmadi olaraq səsləndirilən təhdidlərə də toxunan general, İslam dünyasında “Hizbullah” adlanan və inqilabi islam prinsipləri əsasında qurulmuş təşkilatın mövcud olduğunu xatırladıb.

“Altı minlik “Hizbullah” döyüşçüsü 33 günlük müharibə ərzində ən müasir silahlarla təmin edilmiş İsrail ordusunu məğlubiyyətə uğradıb.

Hazırda İslam İnqilabı güclü potensiala malikdir. İsrail İrana qarşı hər hansı tədbirlər görmək istəsə, özünə hökm çıxarmış olacaq. Bu ölkə bizim inqilaba və dövlət quruluşuna zərər vurmaq gücündə deyil. Biz təhdidə təhdidlə cavab verəcəyik”, - general deyib.

Geri qayıt