Əsas Səhifə > Siyasət, Manşet > AYAZ MÜTƏLLİBOVUN GƏLİŞİNƏ MÖHTƏŞƏM TƏDARÜK

AYAZ MÜTƏLLİBOVUN GƏLİŞİNƏ MÖHTƏŞƏM TƏDARÜK


23-06-2012, 13:20
AYAZ MÜTƏLLİBOVUN GƏLİŞİNƏ MÖHTƏŞƏM TƏDARÜK

BAKILI İŞ ADAMLARINDAN BİRİ ONA 150 MİNLİK MAŞIN BAĞIŞLAYACAQ

DİA.AZ: - Bu günlərdə Milli Məclis tərəfindən verilən qərarla yürülüyə minən eks-prezidentlər haqqında qanun hazırda həyatda olan yeganə keçmiş prezident Ayaz Mütəllibov üçün xüsusi əhəmiyyət daşımış oldu. Belə ki, barəsində cinayət təqibi olan keçmiş prezidentin illər idi ki, vətənə dönüş imkanları mövcud deyildi. Yalnız keçən ilin avqust ayında övladının gənc yaşında dünyasını dəyişməsi səbəbindən Ayaz Mütəllibova yas mərasimində iştirakı üçün rəsmi Bakı tərəfindən şərait yaradılmışdı. Amma keçmiş prezident buna qədər də dəfələrlə Azərbaycan hakimiyyətinə «mənim ömrümə az qalıb, səhhətim də yerində deyil, şərait yaradın, gəlim vətənimdə ölüm» şəklinə ismarıclar yollamışdı.

İndi isə Ayaz Mütəllibov Bakıya dönür və özü də bu dönüş indidən böyük səs-küy yaratmaqdadır. Belə ki, hələ keçmiş prezidentin gələcəyi xəbəri çıxandan onun hansı mövqedə dayanağı barədə fikir mübadilələri aparılmaqdadır. Hətta Mütəllibovun Bakıdakı əsas yandaşlarından hesab olunan Sosial Demokrat Partiyasının yetkilisi Araz Əlizadənin «Ayaz Mütəllibov siyasətdən birdəfəlik gedir» şəklində açıqlaması da müstəqil Azərbaycanın ilk prezidenti ətrafında cərəyan edən dartışmalara son qoymadı.

Bildirək ki, bu məsələ ilə əlaqədar redaksiyamıza da ilginc məlumatlar ötürülüb. Məsələn, Bakı kəndlərində artıq Ayaz Mütəllibovun dönüşünə ciddi hazırlığın getməsi haqda xəbərlər almışıq. Bu barədə DİA.AZ-a məlumatı verən Bakı kəndlərinin birindəki mənbəmizin sözlərinə gbrə, Ayaz Mütəllibovun gəlişi artıq uzun müddətdir ki, YAP iqtdarı ilə yola getməyən paytaxt kəndlərinin camaatında əlavə ruh yüksəkliyi yaradıb.

Mənbəmizin söylədikləri: «Maraqlı bir atmosfer yaranıb. Sanki Ayaz Mütəllibov hakimiyyətə gəlir. Hər kəs bir-birini təbrik edir. Kəndlərdə Mütəllibova böyük etimad və inam var və elə düşünürlər ki, Ayaz Mütəllibov gələndən qısa müddət sonra prezident olacaq».

Onu da bildirək ki, redaksiyamıza həmçinin Ayaz Mütəllibovun gəlişinə hakimiyyətdə müəyyən qədər təmsilçilik haqqı əldə etmiş Bakı klanının nüfuzlu simalarının da tədarük görməsi barədə məlumatlar almışıq. Bu barədə danışan qaynağa görə, hətta nüfuzlu iş adamlarından biri Ayaz Mütəllibova qiyməti 150 min manata olan «mercedes» markalı avtomobil də hədiyyə etməə hazırlaşır: «Artıq maşın hazırdır və gələn kimi açarları keçmiş porezidentə təqdim olunacaq».


Geri qayıt