Əsas Səhifə > Partiya > KEÇMİŞ MƏHBUSLAR BÖYÜK BƏYİN MƏZARI BAŞINDA

KEÇMİŞ MƏHBUSLAR BÖYÜK BƏYİN MƏZARI BAŞINDA


23-06-2012, 13:01
KEÇMİŞ MƏHBUSLAR BÖYÜK BƏYİN MƏZARI BAŞINDA

ƏBÜLFƏZ ELÇİBƏYİN MƏZARI ZİYARƏT OLUNDU

Dünən prezident İlham Əliyevin verdiyi əfv sərəncamı ilə azadlığa buraxılan vicdan məhbusları bu gün Fəxri Xiyabana gediblər.

“Qafqazinfo”nun məlumatına görə, imzalanan əfv sərəncamı ilə hazırda azadlıqda olan Arif Hacılı, Tural Abbaslı, Məhəmməd Məcidli, Zülfüqar Eyvazov, Rüfət Hacıbəyli, Babək Həsənov, Sahib Kərimov, Ülvi Quliyev, Məhəmməd Məcidli və Əhəd Məmmədli milli azadlıq hərəkatının lideri, mərhum eks-prezident Əbülfəz Elçibəyin qəbrini ziyarət ediblər. Keçmiş vicdan məhbusları mərhumun xatirəsini anıb, ruhuna dualar oxuyublar.

Geri qayıt