Əsas Səhifə > Partiya > “BİZ AKSİYANI BAŞQA FORMADA DAVAM ETDİRƏCƏYİK”

“BİZ AKSİYANI BAŞQA FORMADA DAVAM ETDİRƏCƏYİK”


21-10-2011, 12:30
“BİZ AKSİYANI BAŞQA FORMADA DAVAM ETDİRƏCƏYİK”

ACLIQ AKSİYASI DAYANDIRILDI

Bu gündən siyasi məhbus ailələrinin və onlara yaxın fəalların Müsavat Partiyasının qərargahında keçirdikləri aclıq aksiyaı dayandırılır. Bu barədə musavat.com-a "Yeni Müsavat"ın reportyoru Elmin Bədəlov xəbər verib.

Onun sözlərinə görə, bu gün Müsavatın qərargahında Məhbus Ailələri Komitəsinin mətbuat konfransı olacaq. Bu barədə jurnalistlərə komitənin sədri Arzuman Məcidli məlumat verib.

AXCP funksioneri Gözəl Bayramlı isə jurnalistlərə açıqlamasında aclıq aksiyası keçirənlərə dəstək verən hər kəsə, o cümlədən Müsavat başqanı İsa Qəmbərə və partiya üzvlərinə təşəkkür etdiyini bildirərək deyib: "Partiyaya təşəkkür edirəm ki, aksiya üçün bizə yer verdilər. AXCP sədri Əli Kərimliyə təşəkkür edirik ki, aksiya iştirakçılarına baş çəkdilər. Biz aksiyanı başqa formada davam etdirəcəyik. Plakatlarla sakit aksiyalar keçirəcəyik. Bir sözlə, aksiyamızı başqa etiraz formaları ilə əvəzləyəcəyik".


Geri qayıt