Əsas Səhifə > Şou-biznes > "MƏNƏ NƏ VAR, BİR DƏ GÖRDÜNÜZ..."

"MƏNƏ NƏ VAR, BİR DƏ GÖRDÜNÜZ..."


23-06-2012, 12:40
"MƏNƏ NƏ VAR, BİR DƏ GÖRDÜNÜZ..."

RÖYA ONA SAYSIZ TƏKLİFLƏRİN GƏLDİYİNİ DEYİR

Tanınmış estrada ulduzu öncədən nələrisə proqnoz edə bilmir.

Milli.Az xəbər verir ki, Azərbaycan şou-biznesinin tanınmış simalarından biri Röya Ayxan hər an konsert proqramı ilə çıxış edə bilər.

Əməkdaşımızla söhbəti zamanı müğənni, səhnə ilə bağlı suallarımızı olduqca səmimi cavablandırdı: "Konsertlə bağlı saysız-hesabsız təkliflər gəlsə də, onların hər birini müsbət dəyərləndirə bilmirik. Amma mən hər an konsert proqramı ilə çıxış edə bilərəm. Mənə nə var, bir də gördünüz sizinlə sağollaşan kimi prodüserim Kənana deyim ki, sabah konsert verməyim üçün müraciət edən təşkilatçının təklifinə "hə" desin. Röya üçün öncədən proqnoz vermək çox çətindir (gülür). Allaha çox şükür ki, publika baxımından da korluq çəkmirəm. Sadəcə, tamaşaçılarıma maraqlı proqram təqdim etməyə öyrəndiyimiz üçün tələskənlik bizdən çox uzaqdır".

Onu da dəqiqləşdirdik ki, yay boyu istirahət etməyi düşünən estrada ulduzu yeni mövsümdə, yəni sentyabr-oktyabr aylarında paytaxtdakı fanatlarını fərqli konserti ilə sevindirmək niyyətindədir.

Geri qayıt