Əsas Səhifə > Gündəm, Manşet > «FƏRHAD ƏLİYEV SON GÜNÜNƏ QƏDƏR HƏBSDƏ QALACAQ»

«FƏRHAD ƏLİYEV SON GÜNÜNƏ QƏDƏR HƏBSDƏ QALACAQ»


23-06-2012, 11:44
«FƏRHAD ƏLİYEV SON GÜNÜNƏ QƏDƏR HƏBSDƏ QALACAQ»

HAKİMİYYƏT KEÇMİŞ NAZİRİ HEÇ BİR ZAMAN ƏFV ETMƏK FİKRİNDƏ DEYİL

DİA.AZ: - Dünən prezident İlham Əliyevin imzaladığı əfv sərəncamı daha 66 məhbusa şamil edildi. Bildirək ki, onların arasında 2 aprel məhbusları da var idi ki, bu əsnada daha 9 siyasi məhbusun qollarının qandalı açılmış oldu.

Amma bu dəfə də 2005-ci ilin 17 Oktyabr hadisələri zamanı ilk əvvəl «dövlət çevrilişinə cəhd» ittihamı ilə həbs edilmiş, sonradan isə - 2007-ci ildə iqtisadi cinayətlərə görə mühakimə olunmuş keçmiş səhiyyə naziri Əli İnsanovun, keçmiş iqtisadi inkişaf naziri Fərhad Əliyevin və onun qardaşı, «Azpetrol» Neft Şirkətinin keçmiş başçısı Rafiq Əliyevin adlarını azadlıq hüququ verilənlərin siyahısında görə bilə bilmədik.

«FƏRHAD ƏLİYEV SON GÜNÜNƏ QƏDƏR HƏBSDƏ QALACAQ»

Bununla bağlı DİA.AZ-ı bilgiləndirən hakimiyyət nümayəndələrindən birinin sözlərinə görə, əslində mətbuatın hər əfv fərmanı öncəsi hansı ajiotajı yaratmasından asılı olmayaraq adları çəkilən məhbusların azad edilməsi kimi bir məsələ YAP iqtidarının menyusunda olmayıb.

Mənbəmiz bildirir ki, konkret olaraq keçmiş iqtisadi inkişaf nazirii ilə bağlı hakimiyyətin qətiləşmiş mövqeyi var: «Fərhad Əliyev son gününə qədər həbsdə qalacaq. Əli İnsanovla bağlı bir qədər fərqli atmosfer var, amma Rafiq Əliyevin azadlığa nə zamansa vaxtından əvvəl buraxılması gözləniləndir».


Geri qayıt