Əsas Səhifə > Dünya > BƏŞƏR ƏSƏDDƏN DAHA BİR VƏHŞİLİK

BƏŞƏR ƏSƏDDƏN DAHA BİR VƏHŞİLİK


22-06-2012, 13:46
BƏŞƏR ƏSƏDDƏN DAHA BİR VƏHŞİLİK

BİR GÜNDƏ 170 NƏFƏR QƏTLƏ YETİRİLDİ

Suriya müxalifəti dünən Bəşər Əsədə sadiq qüvvələr tərəfindən ən azı 170 nəfərin öldürüldüyü barədə məlumat yayıb.

Lent.az-ın newsru.com-a istinadən verdiyi xəbərə görə, bu, Suriyada vətəndaş qarşıdurması başlayandan ən qanlı gün olub.

Suriyanın insan haqlarının müdafiəsi ilə məşğul olan Syrian Observatory for Human Rights təşkilatının məlumatına görə, qarşıdurmanın başladığı il yarım ərzində ölkədə ölənlərin sayı 15 minə yaxındır.

Geri qayıt