Əsas Səhifə > Dünya > QANİÇƏN QATİL AZAD OLUNA BİLƏR

QANİÇƏN QATİL AZAD OLUNA BİLƏR


22-06-2012, 13:31
QANİÇƏN QATİL AZAD OLUNA BİLƏR

NORVEÇDƏ DEYƏSƏN, DEMOKRATİYA QICQIRIR

Dünən Norveçli terrorçu Anders Breyvikin növbəti məhkəmə iclası keçirlib. Məhkəmə iclasında çıxış edən dövlət ittihamçısı yekun qərarın verilməsinə bir ay qalmış, məhkəmədən Breyvikin həbsxanaya deyil psixiki dispanserə köçürülməsini tələb edib. Məhkəmə yekun qərarında, dövlət ittihamçısının tələbini nəzərə alacağı təqdirdə, Norveç tarixində ən qanlı terror hadisəsini törətmiş Breyvik törətdiyi cinayətin məsuliyyətindən azad edilmiş olacaq.

Dövlət ittihamçısı çağırışını irəli sürən zaman, Breyvik gülümsəməyə başlayıb. Törətdiyi cinayətləri etiraf edən və özünü anti-islam döyüşçüsü adlandıran Breyvik məhkəmə dindirmələrində özünün anlaqlı olduğunu bildirib. Breyvikin anlaqlı və ya anlaqsız olması ətrafında eskpertlərin də rəyləri birmənalı deyil.

Belə ki, ilkin ekspert qrupu ona paranoyalı şizofreniya diaqnozu qoysa da, ikinci heyət onun narsisist ünsürlü şəxsiyyət şəxsiyyət dəyişkənliyi qurbanı olduğunu, habelə dəli olmadığını müəyyənləşdirmişdi. Bununla belə məhkəmə Breyvikin anlaqlı olduğuna qərar verəcəyi təqdirdə, Utoya qatili maksimum müddət – 21 il müddətinə azadlıqdan məhrum ediləcək.


Geri qayıt