Əsas Səhifə > Şou-biznes > “SIRADAN BİR İŞ GÖRMƏK İSTƏMƏDİM”

“SIRADAN BİR İŞ GÖRMƏK İSTƏMƏDİM”


22-06-2012, 12:50
“SIRADAN BİR İŞ GÖRMƏK İSTƏMƏDİM”

İRADƏ İBRAHİMOVA TÜRKİYƏDƏ DƏ DİNC OTURMUR

Bir neçə ildir İstanbulda yaşayan müğənni İradə İbrahimovanın türk həmkarlarını daha yaxından izləmək şansı var.

Bu şans ona təcrübə artırmağa imkan verir. Neçə ildir Türkiyə şou-biznesinə qatılmayacağını qəti şəkildə bildirən sənətçi bu günlərdə Türkiyənin şirkətlərinin biri ilə müqavilə imzalayacaq. Bu müqavilə İ.İbrahimovanın yaradıcılığının davamı olacaq. Müğənni telefon bağlantısı vasitəsi ilə Milli.Az-a bildirib ki, çoxdan düşündüyü bu addımı nəhayət indilərdə atır:

«Əslində, son mahnı aranjmanı, səsləndirilməsi, klip işimi elə İstanbulun şirkətlərində həyata keçirmişəm. Amma hər iş müxtəlif yerlərdə ərsəyə gəlib. Bu dəfə konkret bir komanda ilə işləyəcəm. Müqavilə imzalayacağım şirkət vacib işlərimin həllində yardımçım olacaq».

İradə xanım ilkin mərhələdə hansı işlərin görüləcəyini sadalamasa da, buraya standart sənət layihələrinin daxil olduğunu diqqətə çatdırdı.

«Albom, klip və bu kimi işləri səviyyəli şəkildə düşünürük. Əslində, bunları son aylar üçün hazırlayıb təqdim edə bilərdim. Sıradan bir iş görmək istəmədim. Azərbaycanda görəcəyim iş məsafə baxımından məni narahat edirdi. Ona görə işimi müqavilə şəklində İstanbuldan görməyə qərar verdim. Şirkətlə işləməyim məsuliyyəti bir qədər artıracaq. Artıq bir sənətçi kimi qarşıma müəyyən şərtlər qoyulub. Hər hansı bir bəhanəm olmadan, vaxtlı-vaxtında şərtlərə əməl etməliyəm. Bu, ilk öncə mənim xeyrimədir, - deyən sənətçi son vaxtlar mətbuat və televiziyada dəvətlərini qəbul etməməyinin səbəbini izah etdi. - Sonuncu gəlişimin məqsədi həm dövlət imtahanımı vermək idi, həm də bir neçə xeyir işə qatılıdm. Bunlardan biri Kamilə Babayevanın toyu idi. Dəvətlər çox olur. Bəzən jurnalist dostlarım inciyirlər. Amma mən eyni mövzularla ekrana, mətbuata çıxmaq istəmirəm. Şirkətlə əməkdaşlığımız başlasın, onda deməyə yeni sözüm olacaq. Sənət işlərimi məmnuniyyətlə paylaşacam».


Geri qayıt