Əsas Səhifə > Gündəm, Manşet > AZƏRBAYCANLA BAĞLI DAHA BİR ŞOK OLAY

AZƏRBAYCANLA BAĞLI DAHA BİR ŞOK OLAY


22-06-2012, 12:35
AZƏRBAYCANLA BAĞLI DAHA BİR ŞOK OLAY

DEPUTATIMIZ TÜRKİYƏDƏ QEYRİ-MÜNASİB VƏZİYYƏTDƏ YAXALANIB

DİA.AZ: - Təxminən bir il əvvəl qardaş Türkiyənin Antalyadakı istirahət mərkəzlərinin birində yerli hüquq-mühafizə orqanları tərəfindən keçirilən əməliyat zamanı azərbaycanlı deputatlardan birinin əxlaqsız qadınlarla birgə əylənməsi təsbit olunmuşdu. Doğrudur, Türkiyə polisi həmin deputatımızın kimliyini açıqlamadı, amma cəmiyyətdə müəyyən gümanlar yarandı.

DİA.AZ-a Türkiyədəki mənbələrdən verilən xəbərdən aydın olur ki, iki gün əvvəl yenə də oxşar bir hadisə yaşanılıb. Bu dəfə insidentin İstanbuldakı «Dedeman» otelində baş verdiyini bildirən məlumatlı mənbənin sözlərinə görə, Türkiyənin əxlaq polisi ənənəvi qaydada reydlər keçirən zaman həmin oteldə əxlaqsız qadınlarla əylənənlər arasında yenə də bir başqa Azərbaycan Milli Məclisinin üzvünün olmasını aşkarlayıb.

Mənbəmiz bildirir ki, türkiyəli polislərə özünün Azərbaycanda böyük nüfuz sahibi olduğunu israrla bildirən və bu səbəbdən də adının açıqlanmasını arzu etmədiyini söyləyən həmin deputatımızın diləkləri yerinə yetirilib və onun kimliyi ilə bağlı məlumat ictimailəşməyib.

Hətta bildirilir ki, bu barədə Türkiyənin «Anadolu» xəbər agentliyində səhih məlumatlar olsa da, Azərbaycanın İstanbuldakı konsulluğunun müdaxiləsi ilə həmin məlumatın yayılmasının qarşısı alınıb.

Geri qayıt