Əsas Səhifə > Güney Press, Araşdırma > ELDAR ƏZİZOVUN QULDURBAŞI ŞƏRİKİ ARZUSUNA ÇATMADI

ELDAR ƏZİZOVUN QULDURBAŞI ŞƏRİKİ ARZUSUNA ÇATMADI


22-06-2012, 12:21
ELDAR ƏZİZOVUN QULDURBAŞI ŞƏRİKİ ARZUSUNA ÇATMADI

ŞÖHRƏT QULİYEV CƏZASINI TAM ÇƏKƏCƏK

Bakı Apelyasiya Məhkəməsində ağır cinayətlər törətməkdə təqsirli bilinən Şöhrət Quliyev, Mehman Qəhrəmanov, İlham Şabanov, Anar Həsənov, Səxavət Xudiyev, Xəzər Kazımov, Məharət İsmayılov, Rabit Abdinov, Elim Şahmuradov, Bilal Verdiyev, Nuru Atayev və İlahibə Ələsgərovun apelyasiya şikayətləri üzrə məhkəmə başa çatıb.

Hakim Əflatun Qasımovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib. Qərara görə, Baş Prokurorluğun protesti və təqsirləndirilən şəxslərin apelyasiya şikayətləri təmin edilməyib, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü qüvvədə saxlanılıb.

Qeyd edək ki, dəstə üzvləri 2003-cü ildə silahlı mütəşəkkil dəstə yaratmaqda və bir neçə qətllər törətmədə təqsirləndiriliblər. Onlar iş adamları Əhməd İbrahimovu və Kamal Ələkbərovu xüsusi amansızlıqla qətlə yetiriblər. Daha sonra onların digər ağır cinayətləri üzə çıxıb. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Şöhrət Quliyev, Mehman Qəhrəmanov və Anar Həsənov ömürlük, İlham Şabanov 15 il, Səxavət Xudiyev 13 il 6 ay, Xəzər Kazımov 2 il, Məharət İsmayılov 2 il, Rabit Abdinov 2 il müddətinə azadlıqdan məhrum olunub. Bilal Verdiyev, Elim Şahmuradov, Nuru Atayev və İlahibə Ələsgərovun barəsində olan cinayət işinə isə xitam verilib. Həmin hökmdən narazı qalan Baş prokurorluq protest verib. Prokurorluğ hökmün Xəzər Kazımovla bağlı hissəsindən narazı qalıb. Prokurorluq protestində göstərib ki, məhkəmə Xəzər Kazımova həddindən artıq yüngül cəza təyin edib. Prokurorluq Xəzər Kazımovun barəsində olan hökmün dəyişdirilməsini və onun barəsində 10 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Xatırladaq ki, Şöhrət Quliyevin əvvəllər Sumqayıtın hazırki icra başçısı Eldar Əzizovla yaxın münasibətlərinin olduğu bildirilirdi. Məlumata görə, Eldar Əzizov Gəncənin icra başçısı olanda Şöhrət Quliyev ona bir neçə dəfə bahalı avtomobil bağışlayıb. Gəncədə Şöhrət Quliyevi Eldar Əzizovun biznes ortağı kimi də tanıyıblar.

Geri qayıt