Əsas Səhifə > Ölkə, Manşet > BAYIL ƏRAZİSİNDƏ MANYAK PEYDA OLUB

BAYIL ƏRAZİSİNDƏ MANYAK PEYDA OLUB


20-06-2012, 14:00
BAYIL ƏRAZİSİNDƏ MANYAK PEYDA OLUB

GECƏ SAATLARINDA SAKİNLƏRİ QORXUDAN KİMDİR?

DİA.AZ: - Bakının mərkəzi rayonu hesab olunan Səbayelin Bayıl qəsəbəsində maraqlı bir olay yaşanmaqdadır. Bu barədə redaksiyamıza sakinlərdən biri məlumat verib.

DİA.A-a bildirilənə görə, artıq bir neçə gündür ki, Bayıl qəsəbəsində manyak peyda olub. Hələlik kimsəyə hansısa fiziki xəsarəti yetirməyən bu manyakın işi-gücü qaranlıq yerlərdən keçərək evinə getmək zorunda qalan vətəndaşları qorxutmaqdan ibarətdir.

Son iki həftə ərzində 10-a yaxın şəxsin həmin manyak tərəfindən möhkəmcə qorxudulduğunu bildirən qəsəbə sakinlərinin sözlərinə görə, artıq olayla bağlı yerli polis bölməsinə müraciət etməyi də düşünürlər. Sakinlər bildirir ki, ərazidəki polis işçilərinə bir neçə dəfə deyilib: «Onlar da həmin ərazidə yoxlama aparsalar da, insanları qorxudan manyak tapılmayıb».

Geri qayıt