Əsas Səhifə > Dünya > QƏDDAFİ ƏLƏ KEÇİRİLİB

QƏDDAFİ ƏLƏ KEÇİRİLİB


20-10-2011, 16:53
QƏDDAFİ ƏLƏ KEÇİRİLİB

LİVİYADA YENİ DÖNƏM BAŞLAYIR

Liviyanın devrilmiş diktatoru Müəmmər Qəddafinin ələ keçirildiyinə dair xəbər yayılıb.

Liviya Milli Keçid Şurasının rəhbərliyi Qəddafinin doğulduğu Sirt şəhərində yaralandığını və ələ keçirildiyini bəyan edib. Xəbər müvəqqəti hökumət qüvvələrinin bu gün Qəddafinin doğulduğu şəhərdə nəzarətin ələ keçirilməsindən sonra yayılıb.

Liviya Milli Keçid Şurasının rəsmisi Əbdül Məcid "Reuters" agentliyinə açıqlamasında “Qəddafi tutulub. O hər iki ayağından yaralanıb və təcili yardım maşını ilə götürülüb” deyə bildirib.

Liviya ordusunun zabitlərindən biri bildirib ki, Müəmmər Qəddafi yeraltı bunkerdə gizlənirmiş. "Onu əsir alanda "güllə atmayın, güllə atmayın! deyıb qışqırırdı" zabit bildirib. Xəbərə görə, Qəddafi ələ keçirilərkən onun devrilmiş hökumətinin müdafiə naziri öldürülüb.


Geri qayıt