Əsas Səhifə > Ölkə, Manşet > MƏTBUAT ŞURASI İCRA BAŞÇILARINI AYLIĞA OTURDUB

MƏTBUAT ŞURASI İCRA BAŞÇILARINI AYLIĞA OTURDUB


20-06-2012, 13:12
MƏTBUAT ŞURASI İCRA BAŞÇILARINI AYLIĞA OTURDUB

BU MƏSƏLƏDƏ QURUMU ƏLİ HƏSƏNOV HİMAYƏ EDİR

DİA.AZ: - Son günlər «Dünya» İnformasiya Agentliyinə qarşı kampaniya aparan Mətbuat Şurası özünün son iclasında yenə də portalımızı müzakirəyə çıxarıb. Halbuki ilk başdan DİA.AZ olaraq onların diqqətinə çatdırmışdıq ki, bizim profilimiz və həmçinin Mətbuat Şurasının prinsipləri (hər halda, DİA.AZ-ın bu gün MŞ tərəfindən XƏBƏRDARLIQ ALAN rəhbəri Məhəmməd Ərsoy Mətbuat Şurasının qurucularından olub və bunu möhtərəm Əflatun Amaşov da bilməmiş deyil -red.) imkan vermirdi ki, sözügedən qurum DİA.AZ-ı müzakirəyə çıxarsın və onunla bağlı hansısa qərarı versin.

Amma deyəsən, birbaşa olaraq Prezident Administrasiyasından sifariş alan Əflatun Amaşov və onun Şurası yenə də öz əməllərindən qalmayaraq DİA.AZ-ı gözdənsalma kampaniyasını davam etdirməkdədir. Verdikləri son xəbərlərdən aydın olur ki, Mətbuat Şurası yenə də özbaşına olaraq portalımızın monitorinqini həyata keçirmə barədə qərar verib.

Biz də cavab olaraq Mətbuat Şurasının fəaliyyətini təftiş etmək barədə qərar verdik və davamlı olaraq bu qurumla bağlı araşdırma yazılarımızı diqqətinizə çatdıracağıq. Hələliksə, bu vaxta qədər Mətbuat Şurasının cavabız buraxdığı bir-iki ittihamları yenidən onların diqqətinə çatdırmaq niyyətindəyik.

Məsələn, yerli mətbuatda yer alan informasiyaların birində vurğulanırdı ki, Mətbuat Şurası icra başçılarının əksəriyyətindən aylıq «dolya» alır ki, bu işdə də quruma araçılığı Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənov etməkdədir. Bu barədə məlumatı verən mətbu orqanda iddia olunurdu ki, hətta tez-tez rayonlara jurnalist səfərlərinin təşkil edilməsi də əslində, icra başçılarının «soyulması» anlamını daşıyır.

Belə ki, hər bir bölgəyə səfər zamanı həmin rayonun icra başçısı Mətbuat Şurasının bayrağı altında təşrif buyuran jurnalistlərin ayrıca olaraq «paket»ini təşkil edir və bir sözlə onları razı salır. Təbii ki, bu gün icra başçıları PA-nın kontrolu altında olduqlarından Mətbuat Şurasının da hansı rayona səfər etməli olduğu da PA-dan gələn təlimatla müəyyənləşir. Məsələn, bu yaxınlarda Qaradağ rayonunda belə bir görüş təşkil olundu ki, həmin görüşün icra başçısı Süleyman Mikayılovu əməlli-başlı xərcə saldığı da söylənilir.

Araşdırmalarımız davam edir. Bizi izləyin…


Geri qayıt