Əsas Səhifə > Şou-biznes > MEYXANA RUS POP KRALINI BİTİRDİ

MEYXANA RUS POP KRALINI BİTİRDİ


20-06-2012, 12:45
MEYXANA RUS POP KRALINI BİTİRDİ

FİLİP KİRKOROV SƏHNƏDƏN 6 AYLIQ UZAQLAŞIR

Azərbaycanlı meyxanaçıların “Ты кто такой? Давай до свидания (Sən kimsən ki? Haydı, görüşənədək)!” adlı meyxanası bütün MDB məkanında, əsasən də Rusiyada böyük səs-küyə səbəb olub. Meyxananın leytmotivini təşkil edən bu sözlər müxtəlif təbəqələrdə fərqli yozumlara məruz qalıb. Onu hətta Rusiya müxalifəti V.Putinə qarşı siyasi mübarizəsində şüar kimi istifadə edib. Bundan başqa, adıçəkilən meyxana Rusiya şou biznesində də diskussiya vasitəsinə çevrilib. Belə ki, tanınmış reper Timati sosial şəbəkədə Rusiyanın xalq artisti Filipp Kirkorova “Ты кто такой? Давай до свидания (Sən kimsən ki? Haydı, görüşənədək)!”yazmaqla onun xətrinə dəymiş olub. Nəticədə, F.Kirkorov pərt olaraq səhnədən getmək barədə qərar verib.

Rusiya mətbuatının yaydığı məlumata görə, xalq artisti sənətində 6 ay fasilə verəcək. O, nə Vitebskdə keçiriləcək “Славянский базар (Slavyan bazarı)” festivalına, nə də “Новая волна (Yeni dalğa)” yarışmasına qatılacaq. O, müsahibə verməkdən və hər hansı bir çəkilişdən də imtina etdiyini bildirib.

Xatırladaq ki, bir müddət əvvəl “Muz TV”-nin mükafatlandırma mərasimindən narazı qalan Timati bu barədə fikirlərini Twitter-də bölüşmüşdü. Rusiyanın pop kralı F.Kirkorov onu sakitləşdirməyə çalışaraq, musiqi mükafatının obyektiv verildiyini bildirmişdi. Bundan sonra Timati ona sərt şəkildə cavab verdi. Bunun ardınca isə internetdə Rusiya şou-biznesinin ulduzlarını kəskin tənqid edən “Ты кто такой? Давай до свидания (Sən kimsən ki? Haydı, görüşənədək)!” klipi yayılmağa başladı.

Əziz oxucular, mən sizin dəyərli insanlar olduğunuzu bildiyim üçün sadəcə deyirəm: «До свидания (Görüşənədək)»


Geri qayıt