Əsas Səhifə > Güney Press, Üçüncü sektor > PARLAMENT TƏTİLƏ ÇIXACAQ

PARLAMENT TƏTİLƏ ÇIXACAQ


20-06-2012, 11:55
PARLAMENT TƏTİLƏ ÇIXACAQ

SONUNCU İCLAS 29 İYUN TARİXİNƏ TƏYİN EDİLİB

Milli Məclisin yaz sessiyası dövründə sonuncu növbədənkənar sessiyasının ikinci iclası iyunun 29-da keçiriləcək. Bu iclasdan sonra parlament yay tətilinə çıxacaq.

Bu barədə SalamNews-a Milli Məclisin deputatı Zahid Oruc məlumat verib. Onun sözlərinə görə, iclasın vaxtı müəyyənləşsə də, müzakirə olunacaq məsələlər, gündəlik tam müəyyənləşməyib.

O deyib ki, müzakirə olunacaq bir sıra məsələlər indidən məlumdur. Bunlar “Şəhərsalma və Tikinti Məcəlləsinin” üçüncü oxunuşda müzakirəsi, Cinayət və İnzibati Xətalar məcəllələrinə bir sıra əlavə və dəyişikliklər, “Mülki dövriyyədə olmasına yol verilməyən əşyaların siyahısı”, “Daşınmaz əmlakın dövlət reyestri” və digər məsələlərdir”.


Geri qayıt