Əsas Səhifə > Siyasət, Manşet > MƏHƏRRƏM ƏLİYEV KƏRPİC ZAVODUNA RƏHBƏRLİK EDƏCƏK

MƏHƏRRƏM ƏLİYEV KƏRPİC ZAVODUNA RƏHBƏRLİK EDƏCƏK


20-06-2012, 11:44
MƏHƏRRƏM ƏLİYEV KƏRPİC ZAVODUNA RƏHBƏRLİK EDƏCƏK

BAKININ KEÇMİŞ BAŞ POLİSİ DƏ ABBAS ABBASOV KİMİ BİZNESƏ QOŞULACAQ

DİA.AZ: - Bir neçə gün əvvəl məlumat verərək bildirmişdik ki, Bakı şəhər Baş Polis İdarəsinin sabiq rəisi, Tacikistandakı səfirlik müddəti keçən il başa çatmış Məhərrəm Əliyev vəzifəsizlikdən, daha dəqiqi rəsmi Bakının diqqətsizliyindən usanaraq Azərbaycanı birdəfəlik tərk etmə qərarını verib.

Dünən redaksiyamıza bununla bağlı ilginc məlumatlar daxil olub. Xatırladaq ki, ilkin informasiyada Məhərrəm Əliyevin Rusiyanın ikinci paytaxtı hesab olunan Sankt-Peterburq şəhərinə getməyə hazırlaşdığını vurğulamışdıq. Bunu DİA.AZ-a təsdiqləyən Nazirlər Kabinetindəki məlumatlı qaynaq iddia edir ki, Məhərrəm Əliyev Rusiyada biznes fəaliyyəti ilə məşğul olacaq.

Bildirək ki, hansısa məmurun sonradan biznesə qoşulması ənənəsi Azərbaycanda mövcuddur. Məsələn, bir zamanlar Azərbaycanda baş nazirin müavini postunu tutmuş Abbas Abbasov (oğlu Aydın Abbasov hazırda Gəncədən deputatdır -red.) məşhur azərbaycanlı Telman İsmayılovun «AST» Şirkətlər qrupunda vitse-prezident postunu tutur.

Məlumatlara görə, Məhərrəm Əliyev isə Sankt-Peterburq şəhərində yerləşən və onun deputat qardaşı Adil Əliyevə məxsus olduğu iddia olunan kərpic zavoduna rəhbərlik edəcək. Həmin zavodun dünyanın bir çox ölkələri ilə biznes əlaqələrinin olduğu söylənilir və illik gəlirinin 5-7 milyon ABŞ dolları arasında olması da bildirilir.


Geri qayıt