Əsas Səhifə > Gündəm, Manşet > ŞOK: RUSİYA AZƏRBAYCANI NECƏ TƏHDİD ETDİ?

ŞOK: RUSİYA AZƏRBAYCANI NECƏ TƏHDİD ETDİ?


20-06-2012, 11:30
ŞOK: RUSİYA AZƏRBAYCANI NECƏ TƏHDİD ETDİ?

RUSLAR BAKINI BİR ŞƏHƏR OLARAQ YER ÜZÜNDƏN SİLMƏ GÜCÜNDƏDİRLƏR

DİA.AZ: - Bu günlərdə Azərbaycanda, daha dəqiqi, ölkəmizin paytaxtında güclü zəlzələnin olacağı və bunun da nəticəsində az qala Bakının yer üzündən silinəcəyi haqda məlumatlar yayıldı. Bildirək ki, həmin məlumatlar ilk olaraq Rusiya mətbuatında görünsə də, nədənsə, istinad ünvanı kimi göstərilən ABŞ-a aid qaynaqlarda bu barədə heç bir bilgiyə rast gəlinmədi. Və elə bu da çox ciddi şübhəli məqamları ortaya çıxarmış oldu. Beləliklə, sizlər də Azərbaycanımızın üzərindən oynanılan çox təhlükəli oyunların təfərrüatları ilə tanış olun.

İlk əvvəl DİA.AZ olaraq məlumatı xatırladırıq. Bildirilirdi ki, ABŞ-ın Massaçuset Texnologiya İnstitutunun yaydığı yeni məlumata görə, Bakı ərazisində güclü zəlzələlər ola bilər. Bu məlumatı yayan Rusiya mətbuatı amma bu zəlzələlərin nə zaman və konkret olaraq, harada ola biləcəyini açıqlamayıb və xəbərində vurğulayıb ki, guya bu barədə amerikalı mütəxəssislər susub. O da qeyd olunurdu ki, alimlər bu nəticələrə son 10 il ərzində apardığı tədqiqatlardan sonra gəldiklərini bildiriblər.

Onu da bildirək ki, Azərbaycan Milli Elmlər Akademiyasının Respublika Seysmoloji Xidmət Mərkəzi (RSXM) ABŞ-ın Massaçuset Texnologiya İnstitutunun adından Bakıda əhəmiyyətli dərəcədə seysmik təzyiqin toplanılması və bu səbəbdən burada güclü zəlzələlərin gözlənilməsi ilə bağlı yayılan məlumatları təkzib edib. Bildirək ki, rus mətbuatında yer alan xəbərdə vurğulanırdı ki, guya ABŞ-ın Massaçuset Texnologiya İnstitutunun araşdırmalarından Azərbaycan Elmlər Akademiyasının alimləri də iştirak ediblər.

İndi isə bu məlumatların başdan-başa cəfəngiyyat olduğu təsdiqlənir. Amma ortada başqa bir təhlükəli məqam var. Aparılan araşdırmaların sonucunda məlum olub ki, əslində ABŞ-ın Massaçuset Texnologiya İnstitutu belə bir araşdırma aparmayıb və bu barədə qurum adından yayılan məlumatların qaynağı onlar deyillər. Məlum olur ki, ümumiyyətlə Massaçuset Texnologiya İnstitutununa aid ayrı-ayrı təbliğat vasitələrində, xəbər portallarında da belə bir bilgiyə rastlanmayıb.

Məlumatlı qaynaqlardan DİA.AZ-a daxil olan informasiyalardan aydın olur ki, əslində Rusiya mətbuatından sızan bu dezinformasiya Azərbaycan dövlətinə qarşı Kremldən gələn bir təhdiddir. Bildirək ki, zaman-zaman Rusiyanın adı süni zəlzələlərin yaradılmsında çəkilib və sonuncu dəfə olaraq qardaş Türkiyənin Van şəhəri və onun ətrafında baş verən yer silkələnmələrinin də təbii fəlakət olmadığı, burada rus barmağının rol oynadığı haqda məlumatlar yayıldı ki, hətta həmin xəbərlərə dünyanın nüfuzlu KİV-ləri də müəlliflik etdilər.

Ümumiyyətlə, qeyri-rəsmi informasiyalarda görə, hələ Sovetlər Birliyi zamanından Moskvanın süni şəkildə zəlzələlərin yaradılması imkanlarının olduğu söylənilirdi. Və SSRİ-nin çöküşünün ardından Rusiya bu imkanlarından bir neçə dəfə yararlanıb. Türkyədəki zəlzələlərlə yanaşı, Ermənistanın Spitak şəhərində baş verən zəlzələ də bu qəbildən hesab olunur.

Bütün bunları xatırladan məlumatlı qaynaqlar iddia edir ki, əslində ABŞ-ın Massaçuset Texnologiya İnstitutunun adına yazılan bu zəlzələ xəbərdarlığı Rusiyanın Azərbaycana qarşı növbəti təxribatının anonsu kimi qəbul edilməlidir. Yəni ruslar bizi süni zəlzələ ilə - Bakının yerlə bir olması ilə təhdid edirlər.

Qeyd edək ki, əslində son günlər Kremllə rəsmi Bakının münasibətləri yetərincə gərilib. Azərbaycanın Qarabağı hərb yolu ilə alma təşəbbüsləri Rusiyada bərk narahatçılıq yaratdı ki, bunu həm də ruslara məxsus Ermənistandakı hərbi bazaların döyüş hazırlığı vəziyyətinə gətirilməsindən də gördük. Bu azmış kimi Rusiya elə həmin ərəfədəcə Azərbaycanı süni zəlzələ ilə hədələməklə, əslində Cənubi Qafqazdakı hökmranlığını qorumağa çalışmış oldu. Çünki Azərbaycanı yönəldən elə Qafqazı yönəltmiş kimidir…


Geri qayıt