Əsas Səhifə > Dünya > “KÜRD PROBLEMİ HƏLL EDİLMƏSƏ”...

“KÜRD PROBLEMİ HƏLL EDİLMƏSƏ”...


18-06-2012, 13:26
“KÜRD PROBLEMİ HƏLL EDİLMƏSƏ”...

“TÜRKİYƏ PARÇALANACAQ, AKP DAĞILACAQ”

41 il ərzində Türkiyənin Milli Kəşfiyyat İdarəsində (MKİ) çalışmış, ən qanlı qarşıdurmaların yaşandığı dövrdə Diyarbakırda vəzifəsini icra etmiş, hazırda isə kürd probleminin sülh yolu ilə həll edilməsi üçün səy göstərən MKİ-nin sabiq sədr müavini Cavad Öneş bildirib ki, bu problem yalnız demokratiya yolu ilə həll edilə bilər.

SalamNews-un “Doğan” agentliyinə istinadla verdiyi xəbərə görə, Öneş Baş nazir Ərdoğanın kürd məsələsini ancaq demokratik addımlarla həll edə biləcəyini, milliyyətçilik və ya türk-islam sintezi yanaşması ilə problemin həllinin mümkünsüzlüyünü qeyd edib. Öneşin fikrincə, indiki iqtidar bu son fürsətdən istifadə etməsə, ilk zərbəni AKP alacaq, amma təbii ki, itirən Türkiyə olacaq:

"Türkiyə kürd məsələsini həll etməyə hazırdır. Önümüzdə tarixi bir fürsət var, amma zaman çox azdır. Ərdoğan kürd problemini həll etməsə, Türkiyə parçalanacaq. Amma ölkədən əvvəl onun rəhbərlik etdiyi AKP parçalanacaq”.

Geri qayıt