Əsas Səhifə > Siyasət, Manşet > REKTOR-DEPUTATIN “QAYNAR XƏTT” YALANI

REKTOR-DEPUTATIN “QAYNAR XƏTT” YALANI


18-06-2012, 13:02
REKTOR-DEPUTATIN “QAYNAR XƏTT” YALANI

İDMAN AKADEMİYASININ REKTORU DURDUĞU YERDƏ ÖZÜNÜ İŞƏ SALIB

DİA.AZ: - Son günlər mətbuat orqanlarında bəzi ali məktəblərdə yay imtahan sessiyaları zamanı neqativ hallara yol verildiyi, tələbələrin biliyinə görə deyil, maddi qarşılıq müqabilində qiymətləndirildiyi barədə məlumatlar yayılır. Təhsil naziri Misir Mərdanovun bir ay öncə ali məktəblərdə yay imtahan sessiyaları zamanı baş verə biləcək neqativ halların qarşısını almaq üçün əmr imzalaması, belə bir hallar aşkarlanacağı təqdirdə məsuliyyətin rektorların üzərində qalacağı haqqında açıqlaması fonunda bu cür informasiyaların gündəmə gəlməsi təsadüfi sayıla bilməz.

Bildirək ki, mətbuata açıqlamasında Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru, Milli Məclisin deputatı Ağacan Əbiyev də rəhbərlik etdiyi ali məktəbdə imtahanlar zamanı yarana biləcək neqativ halların qarşısını almaq məqsədilə “qaynar xətt” yaradıldığını söyləmişdi.

Elə DİA.AZ-a daxil olan məlumatlardan da aydın olur ki, əslində İdman Akademiyasında belə bir “qaynar xətt” yaradılmayıb: “Sadəcə olaraq, rektorun köməkçisi guya ki, şikayətləri qəbul edir ki, əslində Ağacan Əbiyevin adından elə pulları yığan da odur”.

Bildirək ki, biz bu məlumatı alanda da heyrətləndik. Hər halda, möhtərəm rektor-deputatın belə bir yalanı danışmasına elə də ciddi lüzum yox idi. Görünür, yenə də dinc durmayan jurnalistlər Ağacan müəllimi işə salıblar. Və o da açıqlamasında “qaynar xətt”in olduğunu iddia edib.

Onu da bildirək ki, redaksiyamıza məlumat verən İdman Akademiyasının tələbələri də hansısa “qaynar xətt” barədə məlumatsız olduqlarını bildirdilər. onlar hətta heyrətlənərək “belə şey olmaz” dedilər və bəyan etdilər ki, idman akademiyasında hər bir fənnin öz qiyməti var: “Əməlli-başlı bazardır. İnanmırıq ki, rektor öz əli ilə öz bazarını bağlasın”.


Geri qayıt