Əsas Səhifə > Güney Press, Araşdırma > AZƏRBAYCAN 80-Cİ YERDƏDİR

AZƏRBAYCAN 80-Cİ YERDƏDİR


18-06-2012, 12:01
AZƏRBAYCAN 80-Cİ YERDƏDİR

ƏN XOŞBƏXT ÖLKƏLƏRİN REYTINQİ SİYAHISINDA

Böyük Britaniyanın “New Economic Foundation” araşdırmalar mərkəzi ən xoşbəxt ölkələrin reytinqini açıqlayıb. “Media forum” saytı xəbər verir ki, “Dünyanın xoşbəxtlik indeksi”ni hazırlayan ekspertlər üç parametri - həyat səviyyəsi, ömür uzunluğu və ekoloji rifahı əsas götürüblər.

151 ölkə üzrə nəticələrə görə, 4,3 milyon əhalisi olan Mərkəzi Amerika dövləti – Kosta-Rika birinci yerdədir. Reytinq cədvəlində Vyetnam ikinci, Kolumbiya isə üçüncü yerdə dayanıb.

Azərbaycan ən xoşbəxt ölkələr cədvəlinin 80-ci, Türkiyə 44-cü, İran 77-ci, Gürcüstan 55-ci, Ermənistan 53-cü, Rusiya 122-ci, Ukrayna 100-cü, Belarus 103-cü, Moldova 40-cı pilləsindədir.


Geri qayıt