Əsas Səhifə > Gündəm, Manşet > HAKİMİYYƏT DAXİLİNDƏ BÖYÜK PARÇALANMA

HAKİMİYYƏT DAXİLİNDƏ BÖYÜK PARÇALANMA


18-06-2012, 11:33
HAKİMİYYƏT DAXİLİNDƏ BÖYÜK PARÇALANMA

PA ŞEFİ RAMİZ MEHDİYEV ADAMLARINA QƏTİ TAPŞIRIQ VERDİ: «BİRLƏŞİN!»

DİA.AZ: - Hakimiyyətin zaman-zaman ən səlahiyyətli fiquru kimi təqdim olunanm və hətta imkanları baxamından ara-sıra prezidentdən də üstün göstərilən Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev son zamanlar özünün ən çətin dövrlərini yaşayır. Bildirək ki, onun bu kimi üstün keyfiyyətləri Ramiz Mehdiyevə mətbuatda «boz kardinal» ləqəbini də qazandırmışdı. İndi isə Ramiz Mehdiyev bu şəkildə təqdim olunmur.

DİA.AZ-a daxil olan məlumatlara görə, elə bu da PA rəhbərinin hərəkətə keçməsinə nədən olub. Mənbənin bildirdiyinə görə, Ramiz Mehdiyev bu günlərdə özünə yaxın bildiyi hakimiyyətin bir neçə ünlü simasını bağ evinə dəvət edərək, onlarla birgə məclis təşkil edib:

«Mehdiyev ilk dəfədir ki, belə bir toplantıya ehtiyac görür. Deməli, vəziyyət düşünüləndən də faciəvidir. Təbii ki, PA rəhbəri üçün. Çünki toplantı zamanı Ramiz Mehdiyev öz adamlarına birləşməyin, birgə müqavimətin zəruriliyindən danışıb».

Belə bir ismarıcın verilməsinin bir yandan hakimiyyət üçün bir parçalanma əhəmiyyətin daşıdığını bildirən mənbəmiz eyni zamanda onu da bildirdi ki, əslində Ramiz Mehdiyev iqtidar daxilində özünün mövqelərinin günbəgün zəiflədiyini hiss etdiyindən bu addımı atıb:

«Təbii ki, burada Ramiz Mehdiyevin PA rəhbərliyindən alınma məsələsi də xüsusi əhəmiyyət daşıyır. Bu planın icrası sentyabr ayına qədər gerçəkləşə bilər. Ramiz Mehdiyev PA-dan gedərsə, ona hansı səlahiyyətlərin tanınmasına rəğmən bu qərar Ramiz Mehdiyev üçün çox böyük ərbə olacaq. Hətta Mehdiyevə Heydər Əiyev Mərkəzində müstəsna imkanların verilməsi də onun siyasətdən izoləsini önləyə bilməyəcək».

Mənbəmiz onu da bildirdi ki, əslində PA rəhbərinin bu kimi toplantılara imza atması bir yandan əzələ nümayişidirsə, digər yandan da prezidentə qarşı addım kimi xarakterizə olunmalıdır: «Bu toplantı Mehdiyevə xeyirdən daha çox ziyan vuraaq. Çünki təsir əks-təsirə bərabərdir. PA rəhbəri cavab atəşinə hazır olmalıdır».

Geri qayıt