Əsas Səhifə > Ölkə, Manşet > HAKİMİYYƏT İSLAHATLARA GETMƏLİ OLACAQ

HAKİMİYYƏT İSLAHATLARA GETMƏLİ OLACAQ


15-06-2012, 15:20
HAKİMİYYƏT İSLAHATLARA GETMƏLİ OLACAQ

RƏSMİ BAKI İLƏ KLİNTON ARASINDA MƏXFİ ANLAŞMA ƏLDƏ OLUNUB

DİA.AZ: - Son günlər Cənubi Qafqaz regionu yenidən qaynamaqdadır. Bir yandan cəbhə bölgəsində hərbi əməliyyatların bərpa olunmasına edilən cəhdlər, digər yandan da həm daxili siyasətlə və həm də xarici siyasi kursla bağlı rəsmi Bakıya edilən kənar təzyiqlər YAP iqtidarı üçün əməlli-başlı vahiməli durumu yetişdirib.

Əslində bütün bunlar gözlənilən idi. Çünki artıq dünyanın güc mərkəzləri regionla bağlı planlarının sürətli icrası prosesinə start veriblər. ABŞ artıq Cənubi Qafqazın hər üç ölkəsinə mövqelərini ifadə etmələri üçün zaman tanıyıb. Burada Gürcüstanın mövqeyi anlaşılandır. Birbaşa olaraq Qərbə inteqrasiya yolunu seçən rəsmi Tiflis elə Avropanın qoynundaca günlərini keçirməkdədir. Hətta bu gün Gürcüstanın Abxaziya və Cənubi Osetiya problemlərinin həll edilməməsi də Saakaşvili hakimiyyətini bir o qədər əndişələndirmir. Bu barədə yazan Qərb mətbuatındakı ekspert rəylərindən belə aydın olur ki, Mişa utopist olmasa da, Rusiyanın regiondakı tənəzzül dövrünü səbr edib gözləmə yolunu tutub.

Əslində Ermənistanın da dünyaya hansı baxış açısından yanaşdığı kimsə üçün sirr deyil. Heç bir prinsiplə bir dövlət mahiyyətini ehtiva etməyən Ermənistan Rusiyanın əyalətlərindən biri təsiri bağışladığından hətta rəsmi Vaşinqton Azərbaycana düşmən olan bu ölkənin yön dəyişdirməsinə çaba da göstərmir. Okeanın o tayında da yaxşı başa düşürlər ki, İrəvanın ayaqda durması üçün başqa bir şansları yoxdur. Əks halda, Azərbaycan nəinki Qarabağı, hətta tarixi torpaqlarını belə azad etmə fürsəti əldə edə bilər. Bəlkə də bu səbəbdir ki, nə Avropa, nə də Amerika Ermənistanı Rusiyanın əlindən qoparma haqqında ümumiyyətlə, düşünmürlər.

Ən çətin olanı isə Azərbaycanla bağlı məsələlərdir. Rusiya ilə məsafəsini qoruyan rəsmi Bakı bir çox müstəvilərdə Kremlə yaxın kimi görünsə də, Qarabağ cəbhəsində son yaşanılanlara rusların verdikləri reaksiyalardan da aydın oldu ki, əslində bu belə deyilmiş. Ermənistan ərazisindəki hərbi bazalarını döyüş vəziyyətinə gətirən Kreml Azərbaycanı rəsmən hədələmiş oldu.

Azərbaycan elə Qərblə də eyni məsafəni qorumağa çalışır. Amma bu gün rəsmi Bakını Qərbə qarşı dayanırmış kimi görsədən bir xeyli məqamlar var ki, bunlar da daha çox iç siyasətlə, daxili demokratiya ilə bağlıdır. Yəni Rusiyadan fərqli olaraq Qərb aərbaycandan həm də daxili demokratiyanı tələb edir. Bu isə YAP iqtidarı üçün heç də arzuolunan bir istək deyil. Və bu səbəbdən rəsmi Bakının Qərbə aid çevrələrlə zaman-zaman problemlər yaşadığı da müşahidə olunmaqdadır.

Amma Rusiyanın Azərbaycanla bağlı belə bir qayğısının olmaması bəzən Azərbaycanın tam olaraq Kremldən yönləndirilməsi təəssüratını yaradır. Lakin bunun belə olmadığı Azərbaycanın Qərbin marağında olan çox mühüm beynəlxalq layihələrdə iştirakı, həmçinin Azərbaycanın Rusiyanın enerji maraqlarına zidd hesab olunan çox ciddi addımları atması faktlarından da bəlli olur. Doğrudur, Azərbaycan Rusiya üçün ən böyük təhlükə hesab olunan NABUCCO-nun elə layihə olaraq qalmasına nədən oldu. Amma bu faktorun mövcudluğu belə imkan vermir ki, Azərbaycanı bilmərrə olaraq Kremlin şinelində yer aldığını söyləyəsən.

Elə buna görə də, Avropa və Amerika Azərbaycandan əllərini tam olaraq üzməyiblər. DİA.AZ-a diplomatik mənbələrdən ötürülən informasiyalardan da aydın olur ki, bu günlərdə Bakıda səfərdə olan ABŞ Dövlət Katibi Hillari Klintonla rəsmi Bakı arasında çox mühüm anlaşma əldə olunub.

Mötəbər mənbənin sözlərindən belə aydın olur ki, ABŞ Dövlət Katibi nəhayətdə YAP iqtidarını ölkə daxilində çox ciddi siyasi islahatların həyata keçirilməsinə razı sala bilib: «Buraya həm ölkənin demokratikləşdirilməsi prosesinin sürtəlnədiriliməsi üçün atılacaq addımlar daxildir, həm də hakimiyyət daxilində «məxməri inqilab» effektinə yaxın effektdə kadr və struktur islahatlarının aparılması».

Geri qayıt