Əsas Səhifə > Dünya > RUSİYADA RÜŞVƏTƏ HEYKƏL QOYULACAQ

RUSİYADA RÜŞVƏTƏ HEYKƏL QOYULACAQ


15-06-2012, 12:32
RUSİYADA RÜŞVƏTƏ HEYKƏL QOYULACAQ

HEYKƏL RÜŞVƏTİN PİS HƏRƏKƏT OLDUĞUNU GÖSTƏRƏCƏK

Rusiyanın şimal paytaxtı sayılan Sankt Peterburqda rüşvətə heykəl qoyulacaq. ANS PRESS-in Rusiya mətbuatına istinadla verdiyi məlumata görə, adibə "tazı" adlanacaq. Təşkilatçıların finrincə, heykəl rüşvətin eyib, pis hərəkət olduğunu göstərəcək.

Müsabiqədə istənilən şəxs iştirak edə bilər. Müsabiqə 3 mərhələdən ibarət olacaq. Müakafat fondu 350 min rubl olacaq müsabiqə üçün işlər 2013-cü ilin aprel ayına kimi davam edəcək. Onun qurulmasına isə 1 mln rubl veriləcək.

Rəssamlar, Ermitaj və Rusiya muzeyinin ekspertlərinin, eləcədə ictimai xadimlərin jurisi olacağı müsabiqədə 20 ən yaxşı eskiz seçiləcək. Sonra onların sərgizi keçiriləcək. Qalibin nə zaman seçiləcəyi və onun harada qoyulacağı isə açıqlanmayıb.

Qeyd edək ki, bir necə gün öncə Rusiya KİV-də yayılan məlumata görə, ölkədə rüşvətin həcmi 2011-ci illə müqayisədə 5 dəfə artıb.

Geri qayıt