Əsas Səhifə > Cəmiyyət > OQTAY GÜLALIYEVİN İŞİ NƏZARƏTƏ GÖTÜRÜLDÜ

OQTAY GÜLALIYEVİN İŞİ NƏZARƏTƏ GÖTÜRÜLDÜ


15-06-2012, 11:32
OQTAY GÜLALIYEVİN İŞİ NƏZARƏTƏ GÖTÜRÜLDÜ

AŞPA MƏRUZƏÇİLƏRİ TƏRƏFİNDƏN

AŞ PA Monitorinq Komitəsinin məruzəçiləri PedroAqramunt Font de Mora (İspaniya) və Cozef Debona Qrex (Malta) cümə axşamı bu günlərdə azad edilən “Kür” qərargahının əlaqələndiricisi Oqtay Güləliyevlə görüşüblər.

Məruzəçilər məlumat verib ki, Bakıya səfər zamanı hakimiyyət qarşısında onun azad edilməsi məsələsini qoyublar və vətəndaş fəalının türmədən çıxmasına şaddırlar.

Güləliyev məruzəçilərə onun həbsinin motivləri, Sabirabad Polis şöbəsində saxlanılan zaman üzləşdiyi fiziki və mənəvi zorakılıq barədə məlumat verib.

Məruzəçilər bildiriblər ki, Güləliyevin qanunsuz həbs edənlərin və ona qarşı zorakılıq tətbiq edənlərin cəzalandırılması üçün bütün zəruri addımları atacaqlar.

2010-cu ilin daşqını zamanı zərər çəkənlərin hüquqlarını qoruyan Güləliyev 8 apreldə xuliqanlıq ittihamı ilə (ictimai yerdə söyüş) 12 sutkalığa həbs edilib, sonradan ona daha ciddi ittiham – kütləvi iğtişaşa təhrik (CM-in 220.2 maddəsi) irəli sürülüb. Onu 3 ilədək həbs cəzası gözləyirdi.

Bir çox beynəlxalq təşkilatlar Güləliyevin həbsini siyasi motivli kimi qiymətləndirib və hakimiyyəti daşqından ziyan çəkənlərə yardımın bölünməsində vətəndaş cəmiyyətinin iştirakına yol verməməyə cəhd etməkdə suçlandırıb.


Geri qayıt