Əsas Səhifə > Cəmiyyət > MEDİA HÜQUQU İNSTİTUTU KAMPANİYAYA BAŞLAYIR

MEDİA HÜQUQU İNSTİTUTU KAMPANİYAYA BAŞLAYIR


14-06-2012, 14:12
MEDİA HÜQUQU İNSTİTUTU KAMPANİYAYA BAŞLAYIR

DİFFAMASIYA HAQQINDA QANUNUN QƏBULU UĞRUNDA

Cümə axşamı Media Hüququ İnstitutu (MHİ) diffamasiya haqqında qanunun qəbul edilməsi məqsədilə kampaniyaya başlamaq təşəbbüsünə dair RATİ-də mətbuat konfransı keçirib.

Diffamasiya ilə bağlı “Yeni Nəsil” Jurnlaistlər Birliyinin, Media Hüququ İnstitutunun (MHİ) və Mətbuat Şurasının (MÇ) layihə hazırladığı xatırladılıb. MŞ-nın hazırladığı layihə daha mükəmməl sayılıb. Qanun olaraq məhz Mətbuat Şurasının hazırladığı layihənin qəbul edilməsi təklifi irəli sürülüb. Layihə ATƏT-in ekspertləri tərəfindən müsbət qiymətləndirilib.

R.Hacılı layihənin qanunun kimi qəbul edilməsi üçün dövlət başçısı İlham Əliyevin adına müraciət hazırlandığını deyib. Layihənin qanun kimi qəbul edilməsi üçün müraciətin media və vətəndaş cəmiyyəti qurumlarının imzalanması üçün açıq olduğu vurğulanıb. Kampaniyanın uzunmüddətli olması nəzərdə tutulur. Onun uğurlu alınması üçün media və bütünlükdə vətəndaş cəmiyyəti qurumlarından dəstək istənilib.

İqtidarın da diffamasiya ilə bağlı layihə hazırlamaq istəməsi kimi məlumatların olduğu deyilib. İndiki halda medianın maraqları baxımından MŞ-nın hazırlamış olduğu layihə medianın tələblərinə cavab verdiyi üçün bu layihənin qanun olaraq qəbul edilməsi xüsusi olaraq nəzərə çatdırılıb.

Diffamasiya məsələsinin məhz indi müzakirəsinə səbəb kimi son vaxtlar ayrı-ayrı tənqidçi media qurumlarına qarşı böhtan və təhqirə, şərəf və ləyaqətin tapdanması iddiaları ilə cinayət cəzalarının və cərimələrin artması göstərilib.

“Xural” qəzetinin redaktoru Əvəz Zeynallının həbsi, qəzetin cərimələrə məruz qoyulması, “Azadlıq” qəzetinin son günlər Bakı metropolitenin rəhbəri Tağı Əhmədov tərəfindən 30 min manat cərimə olunması xatırladılıb. Qanunun qəbulu ilə medianın cəzalandırılmasına əsas olan böhtan və təhqirə görə cəza nəzərdə tutan 147-ci (təhqir) və 148-ci (böhtan) maddələr Cinayət Məcəlləsindən çıxarılır.

Beləliklə, bu maddələrə görə jurnalistlərin həbsi aradan qalxır. Eyni zamanda qanun mülki diffamasiya məsələsini də həll edir. Yəni, media qurumlarının mülki diffamasiya işlərinin düzgün və ədalətli həllini təmin edən standartlar müəyyən edilir.

Məsələ ilə bağlı MHİ iyunun son həftəsində media rəhbərləri, vətəndaş cəmiyyəti institutları, hakimiyyət nümayəndələrinin birgə iştirakı ilə “dəyirmi masa” keçirilməsini nəzərdə tutur.


Geri qayıt