Əsas Səhifə > Güney Press, Araşdırma > SABİRABAD TƏHSİL ŞÖBƏSİNDƏ ÖZBAŞNALIQ

SABİRABAD TƏHSİL ŞÖBƏSİNDƏ ÖZBAŞNALIQ


14-06-2012, 14:08
SABİRABAD TƏHSİL ŞÖBƏSİNDƏ ÖZBAŞNALIQ

BU DA MİSİR MƏRDANOV ÜÇÜN FAKT

Sabirabad rayon təhsil şöbəsində daha bir özbaşnalıq baş verib. Bu barədə GUNDEMİNFO.AZ-ın saytına məlumat verən müəllimlərdən biri deyib ki, rayonun təhsil şöbəsinin müdirinin direktorlara verdiyi göstərişiə əsasən bütün orta məktəblərdə məcburi qaydada günlədik satışına başlanılıb.

Bu barədə verilən məlumatda deyilir ki, məktəb direktorları şagirdlərin sayına görə, müəllimlərə göstəriş verib ki, biri 80 qəpik olmaqla «Gündəlik» almalıdırlar. Məktəblərin bağlanma ərəfəsində olmasına və şagirdlərin dərsə gəlməməsinə baxmayaraq direktorlar «Gündəlik»lərin pulunu qabaqcadan istəyirlər.

Bizə müraciət edən müəllimlər deyirlər ki, müəllimlərdən tələb olunur ki, pulu əmək haqlarından ödəməlidirlər. Əks təqdirdə onlara gələn dərs ilində sinif rəhbəri vəzifəsi verilməyəcək.

Qeyd edək ki, «Gündəliklər» Təhsil Nazirliyinin sifarişi ilə «Şərq Qərb» mətbəəsində çap olunub. Dərs vəsaiti olmasa da «Gündəliklər»in məcburi qaydada satdırılmasının səbəbləri məlum deyil. Qeyd edək ki, bu əyani vəsaitləri şagirdlər əlavə olaraq pula alı rvə həmin vəsaitlərin məktəblərdə qanunsuz olaraq məcburi satışı rəsmən qadağandır.

MÖVZUYA TƏHSİL NAZİRLİYİ REAKSİYA VERƏRƏK, problemi aradan qaldırmayana qədər araşdırmalarımız davam edəcək.


Geri qayıt