Əsas Səhifə > Dünya > ƏRDOĞAN DA YALAN DANIŞARMIŞ

ƏRDOĞAN DA YALAN DANIŞARMIŞ


14-06-2012, 13:21
ƏRDOĞAN DA YALAN DANIŞARMIŞ

ÖZ NAZİRİ AKP HÖKUMƏTİ BAŞÇISINI TƏKZİB ETDİ

Türkiyənin mədəniyyət və turizm naziri Ərtoğrul Günay, Çamlıcada böyük bir məscidin tikiləcəyi barədə xəbərləri təkzib edib.

SalamNews-un “CNNtürk”ə istinadla verdiyi xəbərə görə, Günay mətbuat nümayəndələrinə verdiyi açıqlamada məscidin tikilməsi ilə bağlı layihənin mövcud olmadığını söyləyib. "Çamlıcada məscid tikilməsi ilə bağlı ideya verilib, ancaq ortada bir layihənin olmadığını hamı bilir. Nə bələdiyyədə, nə də bizim qurumlarda bu mövzu ilə bağlı konkret bir fikir yoxdur”, - Günay deyib.

Qeyd edək ki, Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan Çamlıcada İstanbulun hər yerindən görünəcək məscid tikiləcəyini söyləmişdi: “Çamlıcadakı böyük məscid İstanbulun hər yerindən görünəcək. Layihə üzərində işlər tamamlanmaq üzrədir. İki ayadək tikinti işlərinə başlaya bilərik”.


Geri qayıt