Əsas Səhifə > Gündəm, Manşet > RUS AYISINDAN DAHA BİR İYRƏNC ADDIM

RUS AYISINDAN DAHA BİR İYRƏNC ADDIM


14-06-2012, 12:31
RUS AYISINDAN DAHA BİR İYRƏNC ADDIM

RƏSMİ MOSKVA AZƏRBAYCANA GÜRCÜSTANI NÜMUNƏ GÖSTƏRİB HƏDƏLƏDİ

DİA.AZ: - Neçə müddətdir ki, cəbhə xəttində vəziyyət gərginləşib. Doğrudur, son günlər nisbi sakitlik müşahidə olunur, əvvəlki qədərində intensiv hərbi əməliyyatların keçirilməsi müşahidə olunmur. Amma vəziyyət heç də ürəkaçan deyil.

Bu barədə DİA.AZ-a hərbi mənbələrdən daxil olan informasiyalardan belə aydın olur ki, Azərbaycan öz torpaqlarının azadlığı uğrunda bir neçə dəfə cəhdlər edib və son günlərdə də həmin cəhdlərdən biri müşahidə olundu: «Əslində baş verənlər rəsmi Bakının mənasız sülh danışıqlarından yorulmasının təzahürü idi. Kimin necə təqdim etməsindən asılı olmayaraq, cəbhə xəttində baş verənlər Azərbaycanın maraqları və diqtəsi çərçivəsindən kənara çıxmadı. İtkilərə gəlincə isə, düşmən tərəf daha çox itkiyə məruz qalıb. Və hətta Azərbaycanın itkilərinin sayı artıq olsaydı, belə baş verənləri başqa təhlükəli aspektlərdən ictimailəşdirmək doğru deyil. Çünki əsas olanı Azərbaycanın öz torpaqlarının azadlığı naminə hərbi əməliyyatlara əl atma təşəbbüsləridir».

Mənbəmiz bildirir ki, amma bir sıra kənar qüvvələr, xüsusən də rəsmi Moskva Azərbaycanın bölgədə ədalətin bərpasına cəhdlərinin qarşısını zor gücünə almaqdadır: «Diqqət yetirdinizsə, hərbi əməliyyatlar intensivləşən zaman Rusiya Azərbaycana əzələ nümayiş etdirdi. Ermənistandakı rus hərbi bazalarındakı qırıcı təyyarələr döyüş vəziyyətinə gətirildi. Hər halda, bu Azərbaycana verilən mesaj idi. Rusiya kiməsə qarşı yox, Azərbaycana qarşı hərbi qüvvələrini döyüş hazırlığı vəziyyətinə gətirdi».

Bir sözlə, rəsmi Moskvanın Azərbaycana təzyiqlər etdiyini bildirən mənbəmiz onu da vurğuladı ki, Ermənistandakı rus hərbi bazalarının hərəkətə gətirilməsinə paralel olaraq Kremldən də Azərbaycan hakimiyyətinə sərt ismarıclar ünvanlanıb: «Açıq mətnlə bildiriblər ki, müharibə başlayarsa, Rusiya Ermənistanın yanında olacaq və Azərbaycan digər ərazilərini də itirəcək. Bizə Gürcüstanı nişan veriblər və nümunə kimi göstərərək bildiriblər ki, Saakaşvilin Avropa yalvarıb rusların əlinən alıb, amma Azərbaycana kimsə sahib çıxmayacaq».

Təbii ki, ölkəmizin hazırki şəraitdə Rusiya ilə kəllə-kəlləyə gəlməsi imkansızdır. Amma fakt faktlığında qalır: Azərbaycan əlinə düşən ilk fürsətdəcə torpaqlarını hərb yolu ilə azad edəcək.


Geri qayıt