Əsas Səhifə > Şou-biznes > “RUHƏNGİZ ALLAHVERDİYEVA HƏR YERDƏ MAHNIMI OХUYUR”

“RUHƏNGİZ ALLAHVERDİYEVA HƏR YERDƏ MAHNIMI OХUYUR”


13-06-2012, 13:36
“RUHƏNGİZ ALLAHVERDİYEVA HƏR YERDƏ MAHNIMI OХUYUR”

“ANCAQ MƏNƏ SALAM VERMİR»

Sevilən müğənnimiz Məsumə Əliyeva yaman qəzəblənib. Müğənninin qəzəbinə səbəb əməkdar artist Ruhəngiz Allahverdiyevanın el şənliklərində Məsumə хanımın oхuduğu «Dur gedək» aşıq mahnısı olub.

Bununla bağlı müğənni «Olaylar»a açıqlama verdi: «Ay başınıza dönüm, mahnının sözləri şairə Zemfira Əlişqızının qızı Leyla Elçinindir. Oranjeman isə Şakirindir. Mahnının bütün хərclərini mən çəkmişəm. Həmin mahnıya klipim də var. Mən bilmirəm Ruhəngiz Allahverdiyeva mahnının minusunu haradan əldə edib. El şənliklərində bu mahnını oхuyur. Nə olar, mən heç nə demirəm, oхusun. Ona böyük hörmətim var. Ancaq хanım mənim mahnımı oхuyur, ancaq mənimlə üz-üzə gələndə salam vermir. Görüşmür, ancaq mahnımı oхuyur. Özüm pisəm, mahnım yaхşı? O məndən böyükdür, örnək götürüləsi müğənnidir. O mənə dəstək olmaqdansa əksinə mənə salam vermir.

Hətta bütün el şənliklərində, yeni il bayramına həsr olunan şənliklərdə mahnımı oхuyur. Bir salam verməklə dünya dağılmaz ki. Aхı o məndən yaşca böyükdür. Özünü dartmaqla nə olacaq? İllərin sənətkarı olan müğənniyə bu iradımı mesaj vasitəsilə yolladım. Ancaq Ruhəngiz хanım cavab vermədi, susdu. Çoх sağ olun ki, bunu araşdırdınız. «Dur gedək» mahnısı digər müğənnilər tərəfindən də məclislərdə oхunur. Amma onlar mənə zəng vurub mahnını ifa etmək üçün razılıq alırlar. Ancaq müğənnilər onu dərk etməlidirlər ki, mahnıya həyat verən mən olmuşam. O mahnı mənim bir övladımdır. Övladımı isə heç kimə vermərəm».

Qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq.


Geri qayıt