Əsas Səhifə > Sosial, Manşet > OLİQARXLARIN TİKİNTİ SAVAŞI BİTİR

OLİQARXLARIN TİKİNTİ SAVAŞI BİTİR


20-10-2011, 13:27
OLİQARXLARIN TİKİNTİ SAVAŞI BİTİR

ZİYA MƏMMƏDOV İNŞAAT SEKTORUNDAN TAM UZAQLAŞDIRILIR

DİA.AZ: Məlum olduğu kimi, son günlər inşaat sektorunda çox ciddi olaylar yaşanılır. Elə bu günlərdə «AzərRoss» inşaat firmasının rəhbərinin qətlini də bu qəbldən hesab etmək olar. Çünki sözügedən hadisəni bəzi mətbu orqanlarda inşaat sektorundakı oliqarxların davasının təzahürü kimi şərh etdilər.

Bildirək ki, inşaat sektoruna nəzarət uğrunda amansız mübarizə aparan iki nazir - fövqəladə hallar naziri Kəmaləddin Heydərovla nəqliyyat naziri Ziya Məmmədovdur. Artıq onların bu davalarının bitmək üzərə olduğu söylənilir.

Xatırladaq ki, buna qədər Kəmaləddin Heydərov sözügedən istiqamətə tam olaraq nəzarət edə bilməsi üçün çox ciddi addımlar atdı. Bir-birinin ardından bu sahəyə aidiyyatı olan bütün firmalara «bayrağını sancan» FHN şefinin «fəth etdiyi» zirvələr arasında hətta məşhur şair Rüstəm Behrudinin qardaşının yönəltdiyi «Behrud» İnşaat firmsı da var idi.

Beləcə, inşaat sektorunda hakimi-mütləqə çevrilən Kəmaləddin Heydərov həlleidici qələbəsini Ziya Məmmədovun üzərində qazanıb. Məlumatlı çevrələrdən «Dünya» İnformasiya Agentliyi redaksiyasına (dia.az) ötürülən xəbərdə vurğulanır ki, artıq Ziya Məmmədovun oğlu tərəfindən yönəldilən «ZQAN-Holdinq»in inşaat işləri ilə məşğul olması məhdudlaşdırılıb.

Bu barədə mötəbər mənbənin söylədikləri: «Bundan sonra inşaat sektoru tam olaraq FHN şefinin kurasiyasına verilib və onun icazəsi olmadan hansısa şirkətin hətta brmərtəbəli damı belə ucaltması mümkünsüzdür».

Mənbəyə görə, FHN şefinin icazəsi olmadan hansısa şirkətin fəaliyyətə başlaması da artıq problemlidir: «Gələn ilin yanvarından buna tam olaraq şahid olacağıq. Hər halda, yalnız Kəmaləddin Heydərova yaxın şirkətlər inşaat apara bilməsi üçün lisenziya ala biləcəklər».


Geri qayıt