Əsas Səhifə > Cəmiyyət > OQTAY GÜLALIYEV HƏBSDƏN BURAXILIB
OQTAY GÜLALIYEV HƏBSDƏN BURAXILIB13-06-2012, 13:04 |
BU XƏBƏRİ YAXINLARI YAYIB Aldığımız xəbərə görə, Oqtay Gülalıyev həbsdən buraxılıb. Bu barədə musavat.com-a hüquq müdafiəçisinin yaxınları məlumat veriblər. Onların sözlərinə görə, O.Gülalıyevin barəsindən həbs qəti imkan tədbiri dəyişdirilib və o, Şüvəlan təcridxanasından sərbəst buraxılıb. Qeyd edək ki, bu günlərdə “Kür” Vətəndaş Cəmiyyəti Qərargahının koordinatoru Oqtay Gülalıyevin barəsindəki cinayət işinin istintaqı yekunlaşmışdı. Xatırladaq ki, O. Gülalıyev 2010-cu ilin yazında baş verən Kür daşqınlarının nəticələrinin aradan qaldırılması məsələləri ilə fəal məşğul olan “Kür” Vətəndaş Cəmiyyəti Qərargahının koordinatorudur. O, aprelin 8-də Sabirabad rayonunun Minbaşı kəndində yerli sakinlərlə görüş zamanı saxlanılıb. Aprelin 9-da Sabirabad Rayon Məhkəməsi Minbaşı kənd bələdiyyəsinin rəhbəri Rufulla Qocayevin müraciəti əsasında onu CM-in 296-cı maddəsi ilə (xırda xuliqanlıq) inzibati həbsə məhkum edib. Geri qayıt |