Əsas Səhifə > Dünya > KNESET DƏ QATIQLAMAĞA BAŞLAYIB

KNESET DƏ QATIQLAMAĞA BAŞLAYIB


13-06-2012, 12:57
KNESET DƏ QATIQLAMAĞA BAŞLAYIB

İSRAİL PARLAMENTİNDƏ QONDARMA SOYQIRIM MÜZAKİRƏLƏRİ

Ötən gün İsrail parlamentində (Knesset) ermənilərin 1915-ci il hadisələrinə dair “soyqırımı” iddiaları müzakirə olunub. “CNN Türk”ün məlumatına görə İsrail parlamentinin spikeri Reuven Rivlin müzakirə barədə qısa açıqlama verib. Rivlin hadisəni siyasiləşdirmək fikrində olmadıqlarını, başqalarının başına gəlmiş fəlakətləri də görməməzliyə vurmağın mümkün olmadığını deyib. “Bu hadisənin məsuliyyətini Türkiyənin və ya hazırki hakimiyyətin üstünə yıxmaq fikrimiz yoxdur. Baş verənləri politik arenaya çəkərək siyasiləşdirməmək lazımdır. Başqalarının fəlakətini görməməzliyə vura bilmərik”.

Qeyd edək parlamentdə səsverməyə çıxarılmayan mövzu knesset təhsil komissiyasına göndərilib.

Qüds erməni paqtriarxı isə məsələni şərh edərkən artıq İsrail parlamentində “soyqırımı”nın qəbulu üçün yaşıl işıq yandırıldığını deyib.

Geri qayıt