Əsas Səhifə > Gündəm, Manşet > AYAZ MÜTƏLLİBOVUN YAŞAYACAĞI BAĞ EVİ

AYAZ MÜTƏLLİBOVUN YAŞAYACAĞI BAĞ EVİ


13-06-2012, 12:01
AYAZ MÜTƏLLİBOVUN YAŞAYACAĞI BAĞ EVİ

HAKİMİYYƏT KEÇMİŞ PREZİDENTƏ HEÇ DƏ PİS ŞƏRAİT YARATMAYIB

DİA.AZ: - Məlumt olduğu kimi, Milli Məclisdə eks-prezidentlər haqqında qanunun qəbul olunması ilə keçmiş dövlət başçılarına və onların ailələrinə müəyyən olunan güzəştlər hüquqi əsas qazanmış oldu. Bildirək ki, Azərbaycanın üç sabiq dövlət başçısı var və onlardan ikisi - Əbülfəz Elçibəy və Heydər Əliyev dünyalarını dəyişiblər. Həyatda olan keçmiş prezident Ayaz Mütəllibov isə neçə müddət idi ki, Rusiya paytaxtına sığınmışdı və son gəlişmələrin ardından müstəqil Azərbaycanın ilk prezidenti həm də vətəndə yaşama fürsəti əldə etmiş oldu.

Verilən xəbərlərdən də aydın olur ki, Ayaz Mütəllibov mətbuata «bu ayın sonuna qədər Bakıya dönürəm» ismarıcını ötürüb. Bu zaman ortaya sual çıxır: Keçmiş prezident Bakıda harada yaşayacaq? Xatırladaq ki, bir neçə gün əvvəl hakim dairələrin Ayaz Mütəllibova Bakının mərkəzi hissəsində 5 otaqlı mənzil verdiklərini xəbər vermişdik və bildirmişdik ki, keçmiş prezidentə eyni zamanda Bakı kənarında möhtəşəm bir bağ evi də hədiyyə olunub.

Bu gün isə Novxanıda yerləşdiyi iddia olunan həmin bağ evinin görüntüləri DİA.AZ-a təqdim olunub. Şəkildən də göründüyü kimi, Ayaz Mütəllibova Bakıda heç də pis şərait yaradılmayıb.


Geri qayıt