Əsas Səhifə > Ölkə, Manşet > GİN ŞEFİ AZAD RƏHİMOV DEPUTATA QƏZƏBLƏNİB

GİN ŞEFİ AZAD RƏHİMOV DEPUTATA QƏZƏBLƏNİB


12-06-2012, 15:42
GİN ŞEFİ AZAD RƏHİMOV DEPUTATA QƏZƏBLƏNİB

NAZİR ONA QARŞI KAMPANİYALARIN ARXASINDA DURAN ŞƏXSİ TAPDI

DİA.AZ: - Neçə müddətdir ki, Gənclər və İdman Naziri Azad Rəhimov ona qarşı kampaniya aparan şəxsin kimliyini müəyyən etmə yönündə araşdırma aparırmış. Bu, DİA.AZ-a daxil olan məlumatlardan aydın olur. GİN-dəki mötəbər mənbənin verdiyi xəbərə örə, Azad Rəhimov ona və rəhbəri olduğu quruma qarşı dezinformasiya müharibəsi açan şəxsin kimliyini öyrənib.

Mənbənin söylədikləri: «Həmin şəxs millət vəkilidir və gənc olmasına baxmayaraq Prezident Administrasiyası tərəfindən dəstəklənir. Onunla bağlı nazirdə dolğun bilgilər var və hətta Azad Rəhimovun müvinlərindən biri həmin deputatla sıx dostluq münasibətlərindədir və nazirlik daxilindən məlumatları həmin müavin dostu deputata çatdırır».

Qeyd edək ki, bu barədə əvvəllər də dövrü mətbuata məlumatlar ötürülmüşdü. Və redaksiyamıza həmin deputatın kimliyi tam olaraq məlumdur. Əldə etdiyimiz məlumatlardan da aydın olur ki, biz qənaətimizdə yanılmamışıq. Qaynaqların iddiasına görə, Azad Rəhimovu çilədən çıxaran şəxs Azay Quliyevdir: «Nazir Azay Quliyevin onun yerinə keçmə niyyətində olması barədə təkzibolunmaz faktlar əldə edib. Və artıq bu barədə bilgilərini onu himayə edən qüvvələrlə paylaşıb».

Burada maraqlı bir məqam da ondan ibarətdir ki, müxtəlif xəttlərlə Azad Rəhimova qarşı cəbhə açan deputat birbaşa olaraq Ramiz Mehdiyev tərəfindən dəstəklənir. Bu isə həm də o deməkdir ki, hakimiyyət içində bir neçə cinahla döyüşən PA rəhbərinin hədəfləri sırasında GİN şefi də var.

Bütün tərəflərin mövqeyini işıqlandırmağa hazırıq...

Geri qayıt