Əsas Səhifə > Hadisə > PARLAMENTDƏ MÜBAHİSƏ DÜŞDÜ

PARLAMENTDƏ MÜBAHİSƏ DÜŞDÜ


12-06-2012, 14:02
PARLAMENTDƏ MÜBAHİSƏ DÜŞDÜ

15 İLİN DEPUTATI HƏLƏ BİLMİR Kİ, NƏ MÜZAKİRƏYƏ QOYULUB

Milli Məclisin 12 iyun iclasında “İstehsalat və məişət tullantıları haqqında” qanuna və İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər müzakirəyə çıxarılıb.

“Media forum” saytının məlumatına görə, söz alan deputat Elmira Axundova çıxışında az əvvəl qəbul edilmiş “Ərazi quruluşu və inzibati ərazi bölgüsü haqqında” qanuna dəyişikliklər edilməsi barədə danışmaq istəyib, suallarının olduğunu söyləyib. Parlament sədrinin birinci müavini Ziyafət Əsgərov isə qəbul edilmiş qanun layihəsi barədə başqa bir qanun layihəsi müzakirə edilərkən çıxış etməyi düzgün saymadığını vurğulayıb. Ancaq Elmira Axundova “Ərazi quruluşu və inzibati ərazi bölgüsü haqqında” qanuna dəyişikliklər edilməsi məsələsinə toxunaraq bir sıra məsələləri başa düşmədiyini bildirib. Ziyafət Əsgərovun cavabı sərt olub: “Sabah da jurnalistlər yazacaq ki, 15 ilin deputatı hələ bilmir ki, nə müzakirəyə qoyulub, nəyə səs verir. Qanun layihəsini təklif edənlər deputatlardır, başa düşmürsünüzsə, kitab, ensiklopediya oxuyun”.

Parlament sədrinin müavini Valeh Ələsgərov da Elmira Axundovaya irad tutub: “Nəyisə başa düşmürsünüzsə, komitə sədri, mən, Ziyafət müəllim, ekspert var, əvvəlcə yaxınlaşıb soruşun. Hər kiçik məsələni şişirtməyin. Burada, sədarətdə oturanlar da axı insanlardır”.


Geri qayıt