Əsas Səhifə > Dünya > RUSİYADA HƏYƏCANLI AKSİYA

RUSİYADA HƏYƏCANLI AKSİYA


12-06-2012, 13:54
RUSİYADA HƏYƏCANLI AKSİYA

70 MİN POLİS 9 MİNDƏN ÇOX ƏSGƏR SƏFƏRBƏR OLUNUB

12 iyun Rusiya günü ilə əlaqədar bütün Rusiyada təhlükəsizlik tədbirləri artırılıb. Tədbirlərdə 70 min polis və 9 mindən çox əsgər təhlükəsizliyi təmin edəcək.

Rusiya Daxili İşlər Nazirliyindən verilən açıqlamada bildirilir ki, Rusiya günü ilə bağlı ölkədə 1300-dən çox təşkilat tədbir keçiriləcək və bu toplantılara təxminən 1 milyon 300 mindən çox insanın qatılması gözlənilir.

Ancaq bu tədbirlərdən əlavə, paytaxt Moskvada müxalifətin uzun müddətdir hazırlaşdığı "Milyonların yürüşü" adlı nümayiş də təşkil ediləcək. Yerli vaxtla saat 15:00-da başlayacaq aksiya üçün toplaşma yeri kimi Moskvadakı Puşkin meydanı seçilib.

Müxaliflər Sankt Peterburqda da aksiya keçirəcək. Saat 19:00-da başlayacaq aksiya üçün isə toplantı yeri Osipenko prospekti göstərilib. Moskvadakı yürüş üçün 50 min nəfərə icazə verilib, Sankt Peterburqda isə bu rəqəm 10 mindir.

Putin tərəfindən bir neçə gün əvvəl təsdiqlənən və icazəsiz aksiyalara 100 qat artıq cəzanı nəzərdə tutan qanun ilk dəfə tətbiq olunmağa başlayacaq. Yeni qanuna görə, icazəsiz aksiyalarda iştirak edən vətəndaşlara 10 min, təşkilatçılara isə 300 min rubl (10 min dollar) cəza veriləcək.

Geri qayıt