Əsas Səhifə > Cəmiyyət > DEPUTAT CƏBHƏDƏKİ GƏRGİNLİYİN SİRRİNİ ÇÖZDÜ
DEPUTAT CƏBHƏDƏKİ GƏRGİNLİYİN SİRRİNİ ÇÖZDÜ12-06-2012, 13:23 |
BİZİ NƏYƏ VADAR ETMƏK İSTƏYİRLƏR? “Ermənistanın son vaxtlar atəşkəsi davamlı pozması bu ölkənin daxilində yaranmış vəziyyətdən qaynaqlanan və ya erməni xalqını Serj Sarkisyandan daha çox asılı etmək üçün atılan addım deyil. Bu, geopolitik məsələdir”. APA-nın xəbərinə görə, bunu Milli Məclisin (MM) növbədənkənar iclasında MM-in Təhlükəsizlik və müdafiə Komitəsinin üzvü Zahid Oruc deyib. O bildirib ki, bu insidentlər Azərbaycanı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına, Avrasiya İttifaqına daxil olmağa məcbur etməyə yönəlmiş addımlardır: “Atəşkəsin tez-tez pozulmasının Hillari Klintonun bölgəyə səfəri zamanı baş verməsi ABŞ-ın maraqlarına da ziddir. Bu o deməkdir ki, Qarabağ müharibəsi yenidən alovlansa neft müqavilələrinin əleyhinə işləyəcək, sabitlik təhlükə altına alınacaq. Heç şübhəsiz ki, bu Azərbaycanın maraqlarına zidd olduğu kimi, ABŞ və Avropa ölkələrinin də maraqlarına ziddir. Ona görə də onlar yalnız siyasi bəyanatlarla kifayətlənməməlidirlər. Ermənistanın bu addımına kəskin reaksiya verməlidirlər. Necə ki, Suriya üzərində beynəlxalq koalisiyalar formalaşdırılır”. Z. Oruc hesab edir ki, beynəlxalq aləm son hadisələrdən istifadə edib Azərbaycanı müdafiə etməlidir: “Xüsusən də Azərbaycan və Türkiyə arasında hərbi məsləhətləşmələr başlamalıdır, hərbi addımlar atılmalıdır”. Geri qayıt |